Arxiv
9 May 2020, 11:38 | QARABAĞ
Deputatlardan şuşalı qızın parlamentdəki çıxışına REAKSİYA

Ötən gün Milli Məclisdə Şuşanın işğal günü ilə əlaqədar olaraq ilk dəfə fərqli üsubda olan çıxış sərgiləndi. Belə ki, Şuşadan olan, lakin heç zaman əslən olduğu bölgəni görə bilməyən bir şuşalı gənc xanım öz təəssürratlarını, acı dolu hislərini tribunada çıxış edərək səsləndirdi.

Maraqlıdır, bu cürü emosional çıxışı deputatlarımız necə qiymətləndirir? Tarixi günlərdə təkrar bu cür çıxışların olmasına ehtiyac varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Deputat Asim Mollazadə bu çıxışın işğal olunmuş torpaqları qaytarmaq üçün olan mübarizəmizi daha da gücləndirəcəyini deyir:

 

“Şuşadan olan xanımın çıxışını çox gözəl qiymətləndirirəm. Düşünürəm ki, emosional çıxış hamıya ruh verdi. Çünki hər bir azərbaycanlı üçün Şuşanı itkisi böyük bir əzabdır. Təəssüf ki, biz böyük dəyərimizi hələ də geri qaytara bilməmişik. Şuşada olmayan şuşalı qızın çıxışı ilə biz öz mübarizəmizi daha da gücləndirəcəyik. Azərbaycan öz torpaqlarını, öz Şuşasını geri qaytarmalıdır. Bu cür çıxışlar çox vaxt almır, ona görə də tarixi günlərdə bu səviyyədə hazırlanan çıxışların təkrar olmasını mən mənfi qiymətləndirmirəm”.

 

Deputat Aqil Abbas deyir ki, işğal olunan torpaqları bu cür çıxışlarla qaytarmaq olmaz:

 

 

“Şuşalı xanımın çıxışı məni o qədər də təəccübləndirmədi çünki mən o söylənilənləri demək olar hər gün yaşayıram. Amma xanımın çıxışını normal qiymətləndirirəm, gəldi və hamıya çağırış etdi. Milli Məclisdə bəziləri kövrəldi, ümumilikdə yaxşı çıxış idi. Amma hər işğal olunan rayon üçün təkrar çıxış olsa onda Milli Məclisin işləri gecikər. Parlament özü bu məsələni qaldırmalıdır, yəni bir uşağın gəlib danışması ilə heç nə olmur, deputatların bu barədə çıxışı olub. Azərbaycanın nə qədər ağrılı yeri, faciəsi var hər hadisə üçün parlamentdə çıxış olsa daha Milli Məclisin işi nə olar ki?!

Həm də ki, Azərbaycan gücünü yığıb müharibə etməlidir. İşğal olunmuş torpaqları bu cür çıxışlarla, XİN-in bəyanatları ilə qaytarmaq olmaz. Torpaqlarımızın qaytarılması ancaq müharibə yolu ilə ola bilər, müharibənin nə zaman olacağını demək isə mənim səlahiyyətimdə deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxmuş tibb bacısı müalicədən imtina etdi 7 İyun 2020, 09:05 Dünyada koronavirusdan ölənlərin sayı 400 mini keçib 7 İyun 2020, 08:59 Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44