Arxiv
10 May 2020, 15:19 | QARABAĞ
Mühacirətdə Qərbi Azərbaycan Respublikası elan olundu
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu  Təşəbbüs qrupu BAO-nun  (Bütöv Azərbaycan Ocaqları) təşkilatçılığı ilə keçirilən bir videokonfransda Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) Respublikası elan edib.      Qafar Çaxmaqlı Modern.az-a deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atılıb.  Dünyanın müxtəlif yerlərində yaşayan  Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda təşəbbüs gerçəkləşib.

"Dünən Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan)  Respublikasını elan etdik".  O əlavə edib ki, öncə bu respublikanın Milli Şurası fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökümət formalaşdırılacaq.      “Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyur.  Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda bizim milli dövlətimiz olmuşdur,  bu dövlətin hakimiyyəti altında  yaşayan  digər xalqlar ədalətlə idarə edilmiş,  onların  milli-mədəni inkişafı təmin edilmiş, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməmişdir.  Mənimlə razılaşarsınız ki, Azərbaycan dövlətçiliyinin varislərindən olan  İrəvan xanlığı çox da uzaq tarix deyildir. Rusiya  İrəvanı işğal edərək buradakı dövlətçiliyimizə son verib.     Bu cəhət nəzərə alınmalıdır ki, 1918-ci ildə  Azərbaycan hökuməti İrəvanı ermənilərə  müəyyən şərtlərlə  vermişdi.  Ermənilərə bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri pozmuşlar.  Zəngəzur və Dağlıq Qarabağa iddialardan əl çəkməyiblər.  Onun biri Ermənistan deyilən dövlətə birləşdirilmiş, digəri issə hal- hazırda işğal altındadır.      Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi “qayğı” nəticəsində bizim torpaqlardan əlavə “pay” torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılmışdır. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif  bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilmişdir. Bu, dövlət səviyyəsində aparılmışdır.  Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır.  “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara və çoxsaylı sənədlərə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət quramağa haqqımız çatır".      Qafar Çaxmaqlı vurğulayıb ki, Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızn bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə- baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatıb. 

"Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalı bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarının müdafiə etmək üçün Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) Respublikasını elan edirik".
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda 7 942 nəfər koronavirusun qurbanı oldu 3 İyun 2020, 00:58 Göyçayda zəncirvari qəza: xəsarət alanlar var 3 İyun 2020, 00:49 İtaliyada COVİD-19 qurbanlarının sayı 33 530 nəfərə çatdı 3 İyun 2020, 00:36 300-dən çox iğtişaşçı saxlanıldı 3 İyun 2020, 00:24 Bu ölkədə son sutkada koronavirusdan ölüm olmadı 3 İyun 2020, 00:11 Azay Quliyevdən müraciət: “Həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq” 2 İyun 2020, 23:55 Həftə sonu imtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ 2 İyun 2020, 23:27 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi 2 İyun 2020, 23:13 Azərbaycan iqtisadiyyatında müsbət artım var 2 İyun 2020, 22:59 Bakıda jurnalist koronavirusdan SAĞALDI 2 İyun 2020, 22:47 Türkiyə korona peyvəndinin istehsalına başladı 2 İyun 2020, 22:37 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:26 Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06