Arxiv
12 May 2020, 11:14 | QARABAĞ
Qarabağı su yoluna döndərən Anjey Kasprşik - ATƏT niyə ondan bərk yapışıb?

Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 26 il ötür.
 

Modern.az xəbər verir ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
 

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Mayın 8-də Qırğızıstanın paytaxtı Bişkekdə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan tərəfdən Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb.

ATƏT-in Minsk qrupu adlanan “ölü təşkilat” uzun illərdi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı quru bəyanatlar verir. Bu bəyanatlar kağız formatından kənara çıxa bilməyib, qarşı tərəfə - işğalçı Ermənistana heç bir təsiri göstərməyib. 

Uzun illərdir adı Dağlıq Qarabağ münaqişəsilə yanaşı çəkilən bir şəxs var - Anjey Kasprşik.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi olan bu polşalı adam 20 ildən çoxdur həmin postu tutur. Əslində yüksək vəzifədir, di gəl ki, 20 ildən çoxdur eyni vəzifəyə mıxlanmış Anjey Kasprşikin Qarabağ  münaqişəsinin həllinə 20 qram da köməyi dəyməyib.

Xatırladaq ki, 28 avqust 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.

Anjey Kasprşikin bu 23 ildəki işi bir-iki köməkçisi ilə cəbhə bölgəsində monitorinq aparmaqdan, ATƏT-in Minsk qrupunun həmsədrlərilə Azərbaycana və Ermənistana gəlib münaqişənin həllini sürətləndirmək əvəzinə, tərəfləri atəşkəsə riayət etməyə çağırmaqdan ibarətdir.

Amma onların çağışırışları çürük bir qoz qədər də qiymətli deyil, çünki heç vaxt atəşkəsə riayət olunmayıb. Yəni nə Anjey Kasprşiki, nə də həmsədrləri sayıb eləyən var.

Yeri gəlmişkən, Anjey Kasprşik bu vəzifədə qocaldı, ATƏT-in Minsk qrupunun həmsədrləri bir neçə dəfə dəyişsə də, cənab Kasprişikə gözün üstə qaşın var deyən olmadı. Bu adamı hətta doğulduğu və vətəndaşı olduğu Polşada da unudublar. ATƏT-in rəhbərliyində oturanlar isə Kasprşiki Azərbaycanda və Ermənistanda unudulmağa qoymurlar. Sanki cənab Kasprik elə bir əvəzolunmaz diplomatdır ki, kimsə onun kimi işləyə bilməz. Nəysə ki, ATƏT rəhbərliyi Qarabağ münaqişəsilə bağlı hər hansı uğura imza ata bilməyən Anjey Kasprşikdən bərk-bərk yapışıb.

2020-ci ilin yanvarında ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Bu gedişlə hələ onun münaqişə bölgəsinə mənasız səfərlərinə çox şahidlik edəcəyik...

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Göyçayda ər arvadını bıçaqladı 26 Sentyabr 2020, 20:57 Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO 26 Sentyabr 2020, 20:46 Prezidentə qarşı sui-qəsd 26 Sentyabr 2020, 20:34 "Səbail" və "Sabah" matçından sonra insident yaşandı 26 Sentyabr 2020, 20:23 Avropa Birliyinin enerji təhükəsizliyi üçün ən böyük zərbə - Deputat yazır 26 Sentyabr 2020, 20:09 Baş nazirin müavini cəbhə xəttinə yollandı 26 Sentyabr 2020, 20:00 “Payız-qış mövsümü problem yarada bilər” - TƏBİB rəsmisi 26 Sentyabr 2020, 18:40 Gürcüstan Müsəlmanları İdarəsinin müftisi İSTEFA VERDİ 26 Sentyabr 2020, 18:25 Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı 26 Sentyabr 2020, 18:12 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu 26 Sentyabr 2020, 18:00 Orxan Quluzadədən ata yurdunun işğal gününə həsr olunmuş Qarabağ - Zəfər layihəsi - VİDEO 26 Sentyabr 2020, 17:54 İmişli və Tərtər sakinlərindən ov tüfəngləri götürüldü 26 Sentyabr 2020, 17:48 “Təmiz sahil, təmiz Xəzər” devizi ilə təmizlik aksiyası keçirildi - FOTOLAR 26 Sentyabr 2020, 17:40 Bakıda 553 küçə dezinfeksiya olundu - FOTO 26 Sentyabr 2020, 17:33 İctimai nəqliyyatda kart sistemi bütün ölkə üzrə tətbiq olunacaq - Nazirlik 26 Sentyabr 2020, 17:25 COVID-19 qurbanlarının sayı 1 milyona çatır 26 Sentyabr 2020, 17:17 Ərdoğandan “Mavi Vətən” mesajı 26 Sentyabr 2020, 17:08 “Qarabağ”ın “Legiya” ilə oyun üçün iştirak ərizəsi 26 Sentyabr 2020, 17:00 Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçdi 26 Sentyabr 2020, 16:54 Goranboyda ağır qəza - ölən var 26 Sentyabr 2020, 16:46 Bir ailənin 3 üzvünü bıçaqlayanlar saxlanıldı 26 Sentyabr 2020, 16:38 Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO 26 Sentyabr 2020, 16:30 Daha 10 şagird və 2 təhsil işçisi koronavirusa YOLUXDU 26 Sentyabr 2020, 16:22 Bakıda qəza sıxlığa səbəb oldu - FOTO 26 Sentyabr 2020, 16:15 Sərhəddən tapança keçirmək istədilər - FOTO 26 Sentyabr 2020, 16:08 Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO 26 Sentyabr 2020, 16:00 Prezident Çin Xalq Respublikasının Sədrini təbrik etdi 26 Sentyabr 2020, 15:52 Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 26 Sentyabr 2020, 15:45 DTX əməliyyat keçirdi - həbs olunanlar var - VİDEO 26 Sentyabr 2020, 15:38 Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 26 Sentyabr 2020, 15:30 Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi 26 Sentyabr 2020, 15:23 Ali məktəblərin və kolleclərin boş qalan yerlərinə qəbul başladı 26 Sentyabr 2020, 15:17 Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı 26 Sentyabr 2020, 15:09 Bakıda elektriklə işləyən avtobusların istismara veriləcəyi tarix AÇIQLANDI 26 Sentyabr 2020, 15:00 İlham Əliyev Zelenskiyə məktub GÖNDƏRDİ 26 Sentyabr 2020, 14:50