Modern.az

Baş nazir hərbi xidmətlə bağlı qaydaları dəyişdi

Baş nazir hərbi xidmətlə bağlı qaydaları dəyişdi

Ölkə

30 Sentyabr 2026, 22:03

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar verib.

Dəyişikliyə əsasən, Qaydalara aşağıdakı bənd əlavə edilib:

Sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin
sənədlər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsdən tələb edilmir. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?