Modern.az

Şamaxıda avtomobil piyadanı vurub öldürüb

Şamaxıda avtomobil piyadanı vurub öldürüb

Hadisə

30 Sentyabr 2026, 23:47

Şamaxıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Sabir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində Göylər kənd sakini olan sürücü avtomobillə hərəkətdə olarkən 56 yaşlı piyada, Sabir qəsəbə sakini Elmira Alıyevanı vurub.

Ağır bədən xəsarəti alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?