Modern.az

"Neftçi" Avropa Kubokunun əsas mərhələsində 

"Neftçi" Avropa Kubokunun əsas mərhələsində 

İdman

Bu gün, 00:22

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində cavab oyununu keçirib.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Estoniyada "Parnu" komandasının qonağı olub. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 73:61.

İki oyunun nəticəsinə əsasən estonları 141:140 hesabı ilə məğlub edən "Neftçi" adını Avropa Kubokunun əsas mərhələsinə yazdırıb.

Komanda əsas mərhələnin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?