Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.