Modern.az

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Ölkə

30 Sentyabr 2026, 22:11

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkele­viçiusla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi "Facebook" hesabında məlumat yayıb.

Görüşdə regionda təhlükəsizlik məsələləri, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, həmçinin Litvanın Avropa Birliyi Şurasına sədrliyi dövründə AB-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub.

Səfir qeyd edib ki, dəyişən geosiyasi və təhlükəsizlik şəraitində azadlığın dəyərini bilən ölkələrin fikir mübadiləsini daha da fəallaşdırması, bir-birini anlaması və dəstəkləməsi vacibdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?