Arxiv
13 May 2020, 11:35 | İQTİSADİYYAT
Kommunal xərclərlə bağlı YENİLİK - Limit artırılır – Deputat izahat verdi

“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna ediləcək dəyişikliklər müzakirə olundu. Təklif edilən dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququ olan ailələrin kateqoriyası genişlənir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, yeni dəyişkliklərə görə, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması meyarları da nəzərə alınacaq.


“Adıçəkilən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat 7 iş gün ərzində dövlət qurumuna bildirilməli idisə, təklif olunan dəyişikliklər təsdiq olunduqdan sonra bu müddət 15 iş gününədək uzadılacaq. Dəyişikliklərə əsasən, elektron məlumatlarda dəyişiklik baş verdiyi halda ünvanlı sosial yardım alan vətəndaşın bu barədə icra qurumunu məlumatlandırmasına artıq ehtiyac yoxdur. Sözügedən sosial yardımın verilməsi müddəti 2 ildən 1 ilə endirilir və bununla da həmin ailələrin aktiv məşğulluğa cəlb edilməsi hədəflənir. Sosial yardıma müraciət qaydalarında da dəyişiklik nəzərdə tutulur. Belə ki, mövcud qaydalara görə, kredit öhdəliyi olan vətəndaşın ünvanlı sosial yardıma müraciət hüququ məhdudlaşdırılır. Amma yeni qaydalar təsdiq olunduqdan sonra krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda aliment gəlir və ya xərc kimi nəzərə alınmayacaq və bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq”.


V.Bayramov deyib ki, o, Milli Məclisdə komitə müzakirələri zamanı aşağıdakıların qanunda nəzərə alınmasını tövsiyyə edib:

“- Ünvanlı dövlət sosial yardıma müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlər artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı sosial yardıma müraciət imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət üçün ailədə adambaşına kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparıldığını bildirdi. Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manatadək çatdırılacaq. Bu o deməkdir ki, 4 nəfərlik ailədə kommunal xərc üçün limiti 76 manatdan 108 manata çatdırılacaq. Bu isə daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardım müəyyənləşdirilməsinə imkan yaradacaq;

- Ünvanlı sosial yardım üçün müəyyənləşdirilən müddətin 1 il olduğunu nəzərə alaraq təklif etdim ki, sosial yardım təyin edilən birinci ildə aztəminatlı ailənin gəlirlərində dəyişiklik baş vermədiyi halda sosial yardımın təyin edilməsi müddəti daha bir il uzadılsın. Yəni, aztəminatlı ailəyə 1 illik sosial yardım müəyyənləşir və həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda “zaman ekstenşini” olsun və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun;

- Ünvanlı dövlət sosial yardım proqramının re-brendiqi həyata keçirilməsini tövsiyyə etdim. Bu proqrama olan inamın və eləcə də səmərəliliyin yüksəlməsinə səbəb ola bilər.


Müzakirələr zamanı ehtiyac meyarı, yaşayış minimum və gəlir və xərclərin hesablanması metodologiyası ilə bağlı təkliflərimi də təqdim etdim.

Bütövlükdə, həm qanuna, həm də qaydalara ilə ediləcək dəyişikliklər mütərəqqidir və ünvanlı sosial yardıma əlçatanlığı artıracaq”.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04 Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı 14 Avqust 2020, 16:03 Tələbələrin köçürülməsinin vaxtı açıqlandı   14 Avqust 2020, 15:58 İstixana sahiblərinin problemləri müzakirə olundu 14 Avqust 2020, 15:53