Modern.az

Mikayıl Cabbarovun yeni müavini kimdir? - DOSYE

Mikayıl Cabbarovun yeni müavini kimdir? - DOSYE

Hadisə

13 May 2020, 19:31

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əliyev Elnur Aydın oğlu İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Modern.az Elnur Əliyevin dosyesini araşdırıb.

 

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. 

 

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib.

 

Bundan sonra Bakı Şəhər Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsində, müdir əvəzi vəzifəsində işləyib.

 

Elnur Əliyev daha sonra Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri, Nazirliyin aparat rəhbəri vəzifəsinin müvəqqəti əvəzedicisi, 2017-ci ilin dekabrından isə Vergilər Nazirliyində müşavir vəzifələrində çalışıb. 37 yaşı var.

 

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır