Modern.az

Vasif Talıbov Baş Naziri işdən çıxardı

Vasif Talıbov Baş Naziri işdən çıxardı

14 May 2020, 15:21

Naxçıvan Muxtar Respublikasının Baş Naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb.

 Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının  Baş naziri vəzifəsindən azad edilsin".

 

Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsində çalışırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü