Arxiv
15 May 2020, 16:00 | ÖLKƏ
Mayın 18-dən karantində bu yumşalmalar olacaq - SİYAHI

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a daxil olan məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

 

• yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

 

• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;


• restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);


Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.  


Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:


• muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;


• 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.


Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır: 


• yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;


• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; 


• bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; 


• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;


• ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;


• dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;


• toy məclislərinin təşkilinin qadağan olunması;


• bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;


• tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;


• ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;


• muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;


• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;


• ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; 


• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; 


• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; 


• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);


• massaj və hamam xidmətlərinin göstərilməsi;


Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. 


"Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir", - Operativ qərargah bəyan edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İki idmançımız dopinqə görə cəzalandırldı 14 Avqust 2020, 01:01 Gürcüstanın Azərbaycana borcu açıqlandı 14 Avqust 2020, 00:53 Xərçənglə mübarizədə yeni üsul tapıldı 14 Avqust 2020, 00:36 Nazir xəsarət alanlara görə məsuliyyəti üzərinə götürdü 14 Avqust 2020, 00:23 Bu gün növbəti qəbul imtahanı KEÇİRİLƏCƏK 14 Avqust 2020, 00:09 TAP layihəsinin 97 faizi tamamlanıb 13 Avqust 2020, 23:57 Şəmkir sakini bıçaqlandı 13 Avqust 2020, 23:42 Rusiyanın Avropaya qaz ixracı xeyli azalıb 13 Avqust 2020, 23:24 "Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"da 13 Avqust 2020, 23:10 Rusiya Türkiyə ilə patrul yoxlanışlarını dayandırıb 13 Avqust 2020, 22:54 Yardımlıda avtomobil qəzası 104 abonenti qazsız qoydu 13 Avqust 2020, 22:41 Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər 13 Avqust 2020, 22:28 “Elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır” - Təhsil naziri 13 Avqust 2020, 22:14 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 13 Avqust 2020, 21:58 "Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib 13 Avqust 2020, 21:43 Türkiyədə daha  21  nəfər koronavirusdan ölüb 13 Avqust 2020, 21:27 Belarusa kömək təklif edildi 13 Avqust 2020, 21:13 “Ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa edəcəyik” - Hulusi Akar  13 Avqust 2020, 20:58 “100 məhkum cəzadan tamamilə azad edilib” - Ədliyyə Nazirliyi 13 Avqust 2020, 20:41 “Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - İlham Əliyev 13 Avqust 2020, 20:26 Məhbuslarla görüş və sovqatların verilməsi bərpa olundu 13 Avqust 2020, 20:19 Bakıda elektriklə işləyən avtobuslar istehsal ediləcək 13 Avqust 2020, 20:02 İqtisadiyyat Nazirliyi 65 obyektdə qayda pozuntusu aşkarladı 13 Avqust 2020, 19:56 Millimizin baş məşqçisi "Neftçi"nin məşqini izləyib 13 Avqust 2020, 19:47 Qarabağın bəlalı salnaməsinin baş yazarı əbədiyyətə qovuşdu 13 Avqust 2020, 19:38 Universitetlər oktyabrın 1-dən sonra açılacaq - Türkiyədə 13 Avqust 2020, 19:29 Salyan və Ağstafada “Ford” yandı 13 Avqust 2020, 19:20 Peşə təhsil müəssisələrini bitirənlərin sayı AÇIQLANDI 13 Avqust 2020, 19:11 Dövlət Agentliyi daha 76 obyektdə kobud pozuntular AŞKARLADI   13 Avqust 2020, 19:02 Azərbaycan-Türkiyə təlimlərində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib - FOTO 13 Avqust 2020, 18:53 Bu gün keçirilən qəbul imtahanının düzgün CAVABLARI 13 Avqust 2020, 18:44 Teledərslər yeni tədris ilində davam etdiriləcək? - RƏSMİ   13 Avqust 2020, 18:35 DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE 13 Avqust 2020, 18:26 Ölkəyə gətirilən yeni taksilər istifadəyə verildi - FOTO 13 Avqust 2020, 18:17 Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü 13 Avqust 2020, 18:08