Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
Bugünkü yumşalma xüsusi karantin rejimindən çıxmaqla bağlı üçüncü mərhələ hesab olunur.
Modern.az-ın məlumatına görə, bunu Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. İ.Məmmədov qeyd edib ki, yumşalma dövründə yoluxma sayında artım olsa da, ümumi prosea idarəolunandır:
"Müvafiq qurumlar tərəfindən lazımi işlər görülüb. Bu baxımsan koronavirusla mübarizə ilə yanaşı, normal həyatımızı davam etdirəcəyik".
Onun sözlərinə görə, koronavirusla mübarizədə istifadə edilən vasitələr ölkə daxilində istehsal olunmağa başlayıb.