Arxiv
16 May 2020, 21:34 | HADİSƏ
DTX Tərtərdə əsgəri öldürüb xaricdə gizlənən şəxsi saxladı - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilən şəxs saxlanılıb.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.


Məlumata görə, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.

Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.

2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib. 2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib. 2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib.

Hazırda həbs olunan Saleh Adilov barəsində cinayət işi davam etdirilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həyətində çətənə becərən şəxs TUTULDU 6 İyun 2020, 10:29 Bakıda altı nəfər köməksiz qaldı 6 İyun 2020, 10:22 Marketlərdə çörək tapmayanların NƏZƏRİNƏ... 6 İyun 2020, 10:13 Firəngiz Mütəllimovanın sevgi ETİRAFLARI: “İki dəfə ayrıldıq, təzədən barışdıq...” - MÜSAHİBƏ 6 İyun 2020, 10:06 Ərinin boğazını kəsən qadının məhkəməsi başladı 6 İyun 2020, 10:00 Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək 6 İyun 2020, 09:50 “Unikal” qəzeti və “Unikal.org” portalı 10 yaşına çatdı 6 İyun 2020, 09:40 Cəbhədə gərginlik: Düşmən mövqelərimizə 24 atəş zərbəsi endirib 6 İyun 2020, 09:30 Yanacaqdoldurma məntəqəsində yanğın olub 6 İyun 2020, 09:23 Qadağadan sonra Bakı küçələri boşaldı - Fotolar 6 İyun 2020, 09:11 ABŞ-da təyyarə qəzasında 5 nəfər ölüb 6 İyun 2020, 09:00 Ramiz Mehdiyev Nadir şahdan YAZIB - Bir qətlin TARİXÇƏSİ 6 İyun 2020, 08:48 Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28