Modern.az

Trampla Makron pandemiyadan sonrakı dövrü müzakirə etdi

Trampla Makron pandemiyadan sonrakı dövrü müzakirə etdi

20 May 2020, 21:49

ABŞ prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronla telefonla yaxın vaxtlarda "Yeddilər" sammitinin (Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, AFR və Yaponiya) çağırışını müzakirə edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dirin məlumat açıqlayıb.

Məlumata görə, prezidentlər pandemiyadan sonra ABŞ və Fransanın iqtisadiyyatındakı vəziyyəti müzakirə ediblər.

 

ABŞ prezidenti tezliklə G7 sammitini çağırmaq arzusunu ifadə edib.

Tramp daha əvvəl bildirib ki, Kemp-Deviddə əyani formatda G7 sammitini keçirmək imkanını araşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür