Modern.az

Rusiyanın “ən varlı varisi” azərbaycanlıdır - 18 milyard dolları var

Rusiyanın “ən varlı varisi” azərbaycanlıdır - 18 milyard dolları var

21 May 2020, 13:30

Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərovun oğlu Yusif Rusiyanın "ən zəngin varisi" elan olunub.

Modern.az “Forbes” jurnalına istinadən xəbər verir ki, 18 milyard sərvəti olan Vahid Ələkbərovun bütün mirası yeganə oğluna çatacaq. Rusiyanın ən zəngin 3-cü şəxsi olan Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını, amma “Lukoyl” şirkətinin idareədilməsi funksiyalarını itirəcəyini əlavə edib.

 

2018-ci ilin oktyabrında Yusif Ələkbərov “Lukoyl”u tərk edərək, şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən “Plan B” şirkətinin sahibidir. Şirkət 2018-ci ili 3 milyard rubl qazancla başa vurub. 2019-cu ilin sentybarında isə Yusif Ələkbərov “Rəqəmsal texnologiyalar" adlı ikinci şirkətini yaradıb.  

 

Bundan başqa, atası ilə şərikli “Lukavto” ASC-yə rəhbərlik edir, “EKTO” şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb.

Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan “Yusal” ASC-nin sahibidir. Bundan başqa, Vahid Ələkbərovun gəlini “President Travel” turizm şirkətinin sahibidir.

 

Rusiyanın ən varlı 2-ci varisi isə milyarder Leonid Mixelsonun 2 övladıdır. Onun qızı və oğlunun hər biri 20,3 milyard dollarlıq sərvətin yarsını (hər birinə 10,1 milyard dollar) qazanacaq.

Siyahıda ümumilikdə, 20 iş adamının varisi daxildir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır