Modern.az

Rüstəm Usubovun erası başa çatdı - Baş prokurorun işdən çıxarılan sabiq 1-ci müavini - DOSYE

Rüstəm Usubovun erası başa çatdı - Baş prokurorun işdən çıxarılan sabiq 1-ci müavini - DOSYE

Hadisə

21 May 2020, 16:11

Baş Prokurora yeni müavinlər təyin olunub.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov tutduğu vəzifədən azad edilib. Digər sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini təyin edilib.

Qeyd edək ki, Rüstəm Usubov 15 il idi ki, Baş prokurorun birinci müavini işləyirdi.


Modern.az onun qısa dosyesini təqdim edir:


Rüstəm Sabir oğlu Usubov 1954-cu il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu İstintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun İstintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi vəzifələrində işləyib.

12 avqust 2005-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin olunub.

R.Usubov Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür, II dərəcəli dovlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir. 

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub