Modern.az

Vəhşi heyvanların parçaladığı oğlanla bağlı rəsmi MƏLUMAT

Vəhşi heyvanların parçaladığı oğlanla bağlı rəsmi MƏLUMAT

Aktual

22 May 2020, 18:26

Oğuz rayon prokurorluğu və Polis Şöbəsi mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədli ilə bağlı məlumat yayıb.



Modern.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 9.00 radələrində yaşadığı evdən təxminən 2 kilometr aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.

 

Dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.

 

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.

 

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

 

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?