Arxiv
23 May 2020, 14:26 | MƏDƏNİYYƏT
17 il Bakıda yaşayan, hüquqşünaslığı incəsənətə qurban verən MƏŞHUR

Bu gün məşhur rusiyalı televiziya aparıcısı, sənətşünas, teatrşünas, kinoşünas, ədəbiyyatşünas, tənqidçi Vitali Vulfun anadan olduğu gündür. 1930-cü il mayın 23-də anadan olan Vulf 2011-ci il martın 13-də Moskvada vəfat edib. İncəsənətin dərin bilisi olan Vitali Vulf Rusiyanın Əməkdar İncəsənət Xadimi, tarix elmləri üzrə fəlsəfə doktoru və s. çoxsaylı elmi ad və titulların sahibidir.

 

Məşhur sənətşünası Azərbaycanla bağlayan məqam isə onun Bakıda anadan olmasıdır. Modern.az Vitali Vulfun həyat yolua işıq salır.

Vitali Yakovleviç Vulf 1930-cu il mayın 23-də Bakıda yəhudi ailəsində anadan olub. Atası Yakov Sergeyeviç Vulf Bakının məşhur vəkillərindən biri, anası Yelena Lvovovna isə rus dili müəlliməsi idi. Ərinin erkə vəfatından sonra oğlunu çətinliklə olsa da tək böyütmüşdü.

 

Vitali Vulf Bakıda 160 nömrəli məktəbdə təhsili aldığı illərdə həyatını incəsənətlə bağlamaq istəsə də, atasının “ciddi ixtisas sahibi olmalısan” təkidindən sonra 18 yaşlı Vulf Moskva Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsinə daxil olur. Bu dövrdən başlayaraq, onun həyatının Bakı dönəmini Moskva əvəzləyir. Sonradan Moskvada təkotaqlı ev aldıqdan sonra anasını da həmin evə gətirir.

“Mən məktəbi gümüş medalla bitirdim. Atam hüquqşünas olmağımı istəyirdi, mənsə yox. Məni Moskvaya göndərdilər. Atam və ananla gəlmişdik. Anam Baklya qayıdan zaman Kazan vağzalında ağlamağım yadıma gəlir. Moskva Dövlət Universitetini uğurla bitirəndən sonra hər axşam teatra gedirdim. Amma yəhudi milliyətindən olmağım iş karyerama təsir edirdi. Diplomumda cəmi bircə 4 olmasına rəğmən iş tapa bilmirdim. 4 il aspirantiyara daxil olmağa cəhd etmişdim. Bu illər kosmopolitizm, antisemitizm illəri olduğu üçün Bakıya qayıtmalı olurdum. Amma burda da iş yox idi, çətonliklə olsa da, məktəbdə 9-10-cu siniflər üçün SSRİ tarixindəın dərs deməyə başladım. İkim məktəbdə çalışırdım və hər payız aspiranturyaya sənəd verirdim. ”-deyə Vulf xatırlayır.

 

Nəhayət 1957-ci ildə o, Moskvada Ümumittifaq Hüquq Elmələri İnstitutunun aspiranturasına daxil olur. Pula ciddi ehtiyac duyan gələcək sənətşünas Azərbaycan SSR Elmlər Akademiyasının Dövlər və Hüquq İnstitutunda kiçik elmi işçi ştatına qəbul olunur, eyni zamanda vəkillik fəaliyyəti ilə də məşğul olur.

 

1961-ci ildə isə hüquq elmləri namizədi adını aldıqdan sonra Moskvaya köçür və daha Bakıya dönmür.  1967-ci ildən başlayaraq 30 il müddətində SSRİ sonra isə Rusiya Elmlər Akademiyasının nəznindəki institutlarda çalışır. 1989-cu ildə “70-ci illərdə ABŞ teatrı və ictimai-siyasi reallıq” mövzusunda dissertasiya işi müdafiə edir.

 

1990-cı ildə aktrisa Mariya Babanova barədə başlanan veriliş onun sənət xadimləri, teatr və kino nümayəndələri barədə silsilə verilişlərinin əsasını qoyur. 1994-cü ildə o, Rusiyanın Birinci kanalında (ORT) “Serebrannıy Şar” (Gümüş kürə) proqramına başlayır. 2003-cü ildə telekanal rəhbərliyinin ona kifayət qədər diqqət göstərmədiyi üçün könüllü kanalı tərk edir və növbəti gün “Rossiya” telekanalında işə başlayır.

Verilişin adını “yüngülcə” “Moy serebrannıy şar”a (Mənim gümüş kürəm) dəyişən aparıcı proqramında 200-dən artıq mədəniyyət xadiminin həyat və yaradıcılığını işıqlandırır. 2007-ci ilin noyabrında isə qocaman sənətşünas “Kultura” radiosunun baş redaktoru təyin olunmuşdu.

 

Vitali Vulf həmişə ilk fürsətcə də Bakıya səfər edərdi.

“Mən Bakıya ilk növbədə yəhudi qəbirstanlığında dənf olunmuş valideynlərimə görə gəlirdim. Atam 1956-cı ildə ölüb, anamın nəşi də onunla birgə dəfn olunub. Anam 1974-cü ildə Moskvada vəfat edib. Təəssüf ki, Bakıda yaxın qohum-əqrəbam qalmayıb. Tanıdığım hər kəs ABŞA, İsrail və başqa ölkələrə köçüb”.

Buna baxmayaraq, Vitali Vulf Bakıya gəlişi zamanı Rafiq Quliyev, Fərhad Bədəlbəyli, Qəmər Almaszadə və Tamilla Haşımova kimi dostları ilə görüşdüyünü söyləmişdi.

“Mən Üzeyir Hacıbəyovu vatırlayıram. Atasm onunla dost idi. Bülbülü, Şövkət Ələkbərovanı xatırlayıram. İndi Bakını gəzəndə hər şeyin dəyişdiyini hiss edirəm. Sadəcə şəhərdə daha az intellektual sima, daha az milli rəngarənglik gözə dəyir. Bakı təkplanlı şəhər olub. Əvvəllər belə olmamışdı amma indi bu hiss olunur”.

 

Vitali Vulf sonuncu dəfə 2006-cı ildə Bakıya səfər etmişdi. 2011-ci il fevralın 15-də onun səhhəti qəfil pisləşir. Botkin adına xəstəxanaya yerləşdirilən sənətşünas martın 13-də orada vəfat edir. Vitali Vulf Moskvanın Troekurovski qəbirstanlığında dəfn olunub.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konsul partlayışda yaralandı 5 Avqust 2020, 00:52 Beyrutdakı partlayışda ölü sayı 70-ə çatdı: 3,7 min yaralı var - YENİLƏNİB 5 Avqust 2020, 00:36 Respublikaçı Alternativ partiyası qurultay keçirdi 5 Avqust 2020, 00:26 Paytaxt dəhşətli partlayışdan sonra - FOTOLAR 5 Avqust 2020, 00:07 Qubernator göz yaşlarına boğuldu - VİDEO 4 Avqust 2020, 23:49 Daha səkkiz vətəndaşımız vətənə təxliyə olundu 4 Avqust 2020, 23:32 “Palmali”nin gəmisi də partlayış zamanı limanda  olub 4 Avqust 2020, 23:24 Beyrut xəstəxanaları yaralılarla doldu: ölü sayı 30-a çatdı 4 Avqust 2020, 23:13 Avropa yenidən sərhədlərini bağlaya bilər 4 Avqust 2020, 22:33 Livanda matəm elan olundu: ölənlərin sayı artır 4 Avqust 2020, 22:16 Türkiyədə ardıcıl zəlzələ oldu 4 Avqust 2020, 21:59 ÜST tibbi maskanı həmrəylik rəmzi elan etdi 4 Avqust 2020, 21:52 Türkiyədə daha 1 083 nəfər koronavirusa yoluxdu 4 Avqust 2020, 21:39 Deputat büdcənin müzakirəsi zamanı bəzi təkliflər verib 4 Avqust 2020, 21:20 Ölkə daxilində hərəkət üçün “icaze.e-gov.az” portalında ezamiyyə vərəqi alınmalıdır - QƏRAR 4 Avqust 2020, 21:11 Bu şəxslərin XİDMƏTİ VƏSİQƏ ilə hərəkətinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 21:11 Əli Əsədov sərt karantinlə bağlı daha bir QƏRAR verdi 4 Avqust 2020, 20:57 Paytaxtda güclü partlayış: 6 ölü, YENİLƏNİB - VİDEO 4 Avqust 2020, 20:52 “WhatsApp”da mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq 4 Avqust 2020, 20:37 Yeni ekspres avtobuslar xəttə  buraxılır - GEDİŞHAQLARI... 4 Avqust 2020, 20:24 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı 51 nəfərədək azaldı 4 Avqust 2020, 20:14 Fransada pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edilib 4 Avqust 2020, 19:39 Çinin koronavirusa qarşı aparıcı həkimləri Bakıda - FOTO 4 Avqust 2020, 19:24 Samir Şərifov: “İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək” 4 Avqust 2020, 18:57 XİN: BMT-də COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiya davam edir 4 Avqust 2020, 18:45 Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ 4 Avqust 2020, 18:32 Milli Məclisin deputatları Belarusda prezident seçkilərini izləyəcək 4 Avqust 2020, 18:27 “Space” 1 saatda 20 dəqiqə reklam verdiyi üçün CƏZALANDIRILDI 4 Avqust 2020, 18:16 Dolların sabaha olan məzənnəsi açıqlandı 4 Avqust 2020, 18:14 Bakı Nəqliyyat Agentliyi daha 5 ekspres xətt təşkil edir 4 Avqust 2020, 18:05 “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib 4 Avqust 2020, 17:59 Korrupsiyada ittiham olunan kral ölkəni tərk etdi 4 Avqust 2020, 17:56 “Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” – Elxan Şahinoğlunun ŞƏRHİ 4 Avqust 2020, 17:31 Bu idman komplekslərində viruslu xəstələr müalicə alacaq 4 Avqust 2020, 17:24 Koronavirusa bugünkü yoluxma azalıb, sağalma artıb - RƏQƏMLƏR 4 Avqust 2020, 17:23