Arxiv
28 May 2020, 15:41 | AKTUAL
Müstəqilliyin RİTMİ

Azərbaycan xalqının diriliş gününü, xalqın öz siyasi şəxsiyyətini qazandığı günü şükranlıqla anmamızın əsas səbəbi budur ki, bu günü bu millətin o zamankı nəsli olmayan siyasi coğrafiya, olmayan ordu, olmayan dini təsisat, olmayan paytaxt, olmayan ədəbi dil amilləri üzərindən icad edə bildilər. Hər tərəfdən caynaq atılmış tarixi Vətənimiz vardı, bu Vətənə şəxsiyyət qazandıran dövlətimiz yoxdu. Rus ordusundan qalan bir neçə generalımız vardı, qaçaqlarımız, qoçularımız vardı, lakin əsgərimiz yoxdu. Bizi bir ərazini dolduran kütlədən hürr bir dövlətin vətəndaşı mərtəbəsinə yüksəldən bu günün lazımınca dəyərini verdiyimizi düşünmürəm. Bu böyük bir kəşf idi, bu heç bir ciddi dövlət təcrübəsi olmadığı halda şəraitin qısa müddətdə müdrik siyasətçilərə və dövlət adamlarına çevirdiyi Məhəmməd Əmin bəyin, Əlimərdan bəy Topçubaşının, Fəthəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Üzeyir bəy Hacıbəylinin, Xosrov bəy Sultanovun, Mustafa bəy Vəkilovun, Həsən bəy Ağayevin, Behbud bəy Cavanşirin və adını çəkməklə səhifələrin dolub daşacağı minlərlə adlı və adsız qəhrəmanların sayəsində mümkün oldu. Bu dövlət ideyasının arxasında savadlı, müasir dünyagörüşlü xalq yoxdu, ixtisaslaşmış ziyalı təbəqəsi formalaşmamışdı, xurafatın, cəhalətin tüğyan etdiyi bir məmləkətdə ayrı-ayrı Vətən fədaisi olan şəxsiyyətlərin çiynində ucalırdı bu Azadlıq abidəsi. Bu abidənin tamamlanmasında şəksiz rolu olan iki böyük şəxsiyyəti də burada xüsusi olaraq qeyd etməliyik: Milli qəhrəmanımız Nuri Paşa və onun siyasi müşaviri, Azərbaycan tarixinin ən böyük mütəfəkkiri, "Difai"nin qurucusu Ahməd bəy Ağaoğlu.


Maraqlıdır ki, Çar Rusiyasının dağıntıları arasından boy göstərən milli hərəkatın yetişdirdiyi masştabda və hazırlıqda ötən əsrin 80-ci illərində Sovet Rusiyasının dağıntıları arasından boy göstərən milli hərəkat öncüllər yetişdirə bilmədi. Onlar dünya siyasətini daha dərindən oxuya bilən şəxsiyyətlər idi, bizim nəsil bu siyasətə duyğusal baxışımızla tarixin gedişini doğru dəyərləndirə bilmədi. Onlar həkim Xosrov bəy Sultanovu sərkərdə kimi kəşf edib Qarabağı qoruya bildilər, bizim nəslin içindən o zəkada hərbi liderlər də ortaya çıxmadı və yalnız Qarabağın köksümüzdəki əbədi dağını qoruyub saxlaya bildik. Bu əlbəttə ciddi təhlil mövzusudur, səbəbləri doğru araşdırılmalıdır, ancaq bütün hallarda "müstəqilliyin qorumağaı bacarmadılar" yarlığını o kişilərin üzərindən asanların ən azı tarix bilgisi və anlayışı sıfır səviyyəsindədir, deyə düşünürəm. Onlar mümkün olandan qat-qat artığını etdilər. Onlar bütün alternativlərdə uduzmalı idilər. Çünki bolşeviklərin istədiyini, Denikin də istəyirdi, Kolçak da istəyirdi, Vrangel də!

Gürcüstanın müstəqilliyinə təminat verən, Ermənistanın müstəqilliyinə təminat verən böyük dövlətlər onları da qoruya bilmədilər. Azərbaycanın müstəqilliyinə tam təminat verən dövlət Osmanlı idi, 1918-ci ildə ingilislərin təkidi ilə bölgədən çəkildikdən və 1920-ci ildə artıq özləri işğala məruz qaldıqdan sonra bizim yetimliyimizin bədəli bu cür də ödənməli idi. Ancaq müstəqilliyimizin öndərləri milli dövlətin abidəmizin bolşevik qan qırmızısı ilə boyanmasının qarşısını ala bilməsələr də, onun təməlinin qazılmasına imkan vermədilər. Bunu həm də dünyanın ən ağır vaxtlarında mühacirətdə ac-susuz qalaraq, ailələrini Stalinin adamyeyən maşınınn önündə girov saxlayaraq etməli oldular. Onlar müstəqilliyin bədənini itirsələr də üçrəngli bayrağın içində qorunan ruhunu təslim etmədilər, onu yenidən həmin bədənə qaytarmaq üçün usanmadan çalışdılar. Məhəmməd Əmin bəy Torpaq-Vətən anlayışını Şəxsiyyət-Vətən anlayışına çevirərək, Azərbaycanı bu ölkədən o birinə daşıdı, ona üçrəngli bayrağın dalğasından doğan rüzgarla yaşam verdi. Ona görə bu sıradan bir gün deyil, ruhani bir məqamdır, düşünmək anıdır, zikr fürsətidir. Əldə etdiyi nemətin dəyərini bilməyən xalqlar ya onu ucuz satacaqlar, ya da əllərindən yerə salıb sındıracaqlar, param-parça edəcəklər. İnsanlar nəyi qoruduğunu bilməlidirlər, insanlar bu nemətin üzərində böyük insanların haqlarını qədim əlyazılarını oxuduqları çətinliklə də olsa oxmalıdırlar. İnanın ki, o insanların dili bizim dil deyil, onların xarakteri bizim xarakter deyil. Bizdən daha ciddiydilər, bizdən daha fədakardılar, bizdən daha uzaqgörəndilər. Biz onların zəmini üzərinə qayıtmalıyıq, onların ciddiliyi üzərinə qayıtmalıyıq və onların dilini bərpa etməliyik.

Müstəqilliyin bir nemət olaraq dəyərini Quran avazı kimi deyil, Quran mənası və əxlaqı kimi mənimsəməyə başlamalıyıq. Məşhur bir deyim var, özəlliklə də şairlər bunun üzərindən maraqlı aforizmlər yaratmışlar. İnsanların çoxu zəruri olana deyil, əsasən artıq, əlavə olana çox can atırlar. Çörək zəruridir, gül əlavə, artıq. Yəni gülsüz yaşamaq olar, çörəksiz yox. O yerdə ki, gül çörəkdən bahalıdır, orada dəyərin deformasiyası mövcuddur. Bizdə də belədir, bir gülün qiyməti bir çörəkdən bahadır. Müstəqilliyə də ilk öncə zəruri olan dəyər kimi baxmalıyıq. Olmasa öləcəyimiz, çürüyəcəyimiz bir qida kimi baxmalıyıq. Güllə bağlı romantikamızı da qorumalıyıq, lakin unutmayaq ki, zəruri olan çörəkdən sonra gələn əlavədir, artıqdır.


Müstəqilliyimizi keçici gül ətri kimi duymayaq, qalıcı çörək ətri kimi canımızda hiss edək. O zaman mütləq qoruyacağıq, çünki müstəqillik özümüzü qorumanın ilk şərtidir. Müstəqilliyi qorumaq həm də özümüzü qorumaq deməkdir.


Himnimizin sonunda dörd dəfə "Azərbaycan" sözü təkrarlanır. Şahidlər söyləmiş ki, Məhəmməd Əmin bəy şəhidlik məqamına qovuşduğu anlarda üç dəfə "Azərbaycan!" söyləyərək canını tapşırmış. Duyumum onu deyir ki, həmin dördüncü "Azərbaycan", bizim nəslin yaşadığı Azərbaycandır. Dördüncü "Azərbaycan"ı Məhəmməd Əmin bəyin şəhadəti zamanı söylədiyi həmin üç "Azərbaycan"a hökmən bağlamalıyıq ki, müstəqillik ritmimiz heç vaxt pozulmasın.

 

Fazil Mustafa, Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda neft hasilatı 1 milyon ton AZALIB 9 İyul 2020, 09:32 Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan! 9 İyul 2020, 09:27 Müdafiə Nazirliyi məlumat yaydı - Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır 9 İyul 2020, 09:22 Bakıda yataqxana qarət olundu 9 İyul 2020, 09:17 Koroavirus xəstəliyindən sağalanlara arayiş verilir - RƏSMİ CAVAB 9 İyul 2020, 09:12 Xətaidə azyaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır 9 İyul 2020, 09:06 Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ 9 İyul 2020, 09:00 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24