Modern.az

İtaliya mafiyasına növbəti zərbə vuruldu

İtaliya mafiyasına növbəti zərbə vuruldu

28 May 2020, 16:53

İtaliyada “Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

 

Modern.az-ın məlumatına görə, Kalabriya vilayət prokurorluğunun keçirdiyi əməliyyatda 500 nəfərə yaxın polis əməkdaşı iştirak edib.

Əməliyyat zamanı onlarla şəxs saxlanılıb. Bundan başqa, mafiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 11 dövlət məmuru da istintaqa cəlb olunub.

Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, Siciliya, Kampaniya, Lombardiya və digər vilayətlərdə keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir