Arxiv
30 May 2020, 11:14 | QARABAĞ
“Sülh danışıqları elə bərbad vəziyətdədir ki...” - Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR

“Danışıqlar masasında Lavrovun açıqladığı nizamlanma prinsipləri aktuallığını saxlayır. Dünən prezident İlham Əliyev bu prinsiplərə yenidən toxundu...
Rusiya xarici işlər naziri Sergey Lavrov masada olan prinsipləri açıqlamqla Paşinyanı daxili siyasi opponentlərinə satdı və bunu qəsdən elədi. Rusiyanın məqsədi Paşinyanı hakimiyətdən tezliklə uzaqlaşdırmaqdır”.

Modern.az-ın məlumatına görə, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Qarabağ probleminin həlli istiqamətində aparılan danışıalara münasibət bildirərkən deyib.

“Nəzərə alsaq ki, diplomatiyada deyilməyən söz çox vaxt deyiləndən daha qiymətlidir. Lavrov təcrübəli diplomat kimi "Güc tətbiq etməmək" ifadəsinin davamını gətirmədi. Rusiya Paşinyanı həm daxildən, həm Azərbaycanın əliylə (hərbi təhdidləri ilə) zəiflətmək istəyir.
Doğrudur, hakimiyəti itirmək üçün və Azərbaycanın hərbi təhdidləri üçün Paşinyan özü də az etmir. Həm Qarabağ mövzusunda məsuliyətsiz çıxışları ilə, həm də onun Ermənistanı bir sahilə çıxara bilməyəcəyi ermənilərə artıq tam aydın olub. Erməni siyasi meydanında hazırda Paşinyana yeni alternativin formalaşması prosesi sürətlə gedir”,-deyə N.Bayram əlavə edib.

Lavrovun açıqladığı nizamlanma prinsiplərini şərh edən hərbi icmalçı deyib:

“1. Güc tətbiq etməmə.
2. Azərbaycanın ərazi bütövlüyü.
3. Qarabağ ermənilərinin özünütəyin etmə hüququ.

Yəni Azərbaycan güc tətbiq etmir, ATƏT-in Minsk qrupu Qarabağı Azərbaycanın tərkibində saxlayır, ermənilərə muxtariyat verilir.

Ardıcıllığa baxsaq, bunlar prisiplərdən daha çox Rusiyanın və Minsk qrupunun tərəflərə qarşı irəli sürdükləri şərtlərdir. Güc tətbiq etməmək şərtinin birinci yerdə olması, Azərbaycan güc tətbiq etsə, digər şərtlər qüvvəsini itirəcək anlamına gəlir.
Azərbaycan güc tətbiq etmirsə?.. Münaqişənin həlli sonsuza qədər uzanır. Başqa sözlə, münaqişə Rusiyaya sərf etdiyi şəkildə - dondurulmuş vəziyətdə qalır. Beləliklə, Rusiyanın regiondakı siyasətinin əsasları dəyişməyib.
Odur ki, eyforiyaya qapılmağa, kənardan "dobro" gözləməyə əsas yoxdur. Azərbaycan münbit şəraitdən istifadə edib, xalqa söykənib, müstəqil qərarı ilə torpaqlarını azad etməlidir. Hələlik tammiqyaslı müharibə edə bilmiriksə, Qarabağda strateji hədəflər seçilib, nöqtəvi zərbələr endirməyin vaxtı gəlib. Danışıqlarda Paşinyanın və Ermənistan XİN-in inkarçı mövqeyi dünya birliyinin gözündə belə zərbələrə bərait qazandırır - sülh danışıqları elə bərbad vəziyətdədir ki, nöqtəvi hərbi zərbələr danışıqlara ziyan vura bilməz, əksinə, ermənilərin ağlını başlarına gətirər”.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09 Evin həyətində narkotik əkən tutuldu - FOTO 13 İyul 2020, 14:05 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir 13 İyul 2020, 14:00 ““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev 13 İyul 2020, 13:55 YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI 13 İyul 2020, 13:49 Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı” 13 İyul 2020, 13:43 Prezident: “Həlak olan hərbçilərimizin qisası alındı!” - YENİLƏNİB 13 İyul 2020, 13:40 Müdafiə Nazirliyinin rəsmisindən çağırış - “Düşmənin təxribatına inanmayın” 13 İyul 2020, 13:37 Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI 13 İyul 2020, 13:33 Sabahın hava PROQNOZU 13 İyul 2020, 13:30 Sabir Hacıyev: “Minsk qrupu işğalçı dövlətə təzyiq göstərə bilmir” 13 İyul 2020, 13:26 Türkiyədən Ermənistana mesaj: “Ağlınızı başına yığın Azərbaycanın yanındayıq” 13 İyul 2020, 13:22 Gənclər cəbhəyə getmək üçün müraciət etdi - RƏSMİ 13 İyul 2020, 13:16 Məmmədyarov rusiyalı həmsədrə və ATƏT nümayəndəsinə ETİRAZ ETDİ 13 İyul 2020, 13:13 İş icazəsi ilə Lerikdə istirahət edənlər cərimələndi - FOTO 13 İyul 2020, 13:09 “Hazırda Azərbaycan Ordusu düşmənə qarşı cavab tədbirləri həyata keçirir” - Vaqif Dərgahlı 13 İyul 2020, 13:06 Türkiyəli deputat: “Ermənilər BMT-nin atəşkəs çağırışına əməl etmir” 13 İyul 2020, 13:03 Bioloji Təbabət Klinikasında koronavirusa yoluxanlar var 13 İyul 2020, 13:01 Nazirlik Gəncədəki partlayışla bağlı məlumat yaydı 13 İyul 2020, 13:00 “Israel HaYom” qəzeti Ermənistanın Azərbaycana təxribatından YAZDI 13 İyul 2020, 12:55 Polis Müşfiqabadda baş verən silahlı insidentlə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 12:50 Gürcüstandan təxliyə olunan vətəndaşlarımız karantində qalmayacaq 13 İyul 2020, 12:45 Deputat Ermənistanın təxtibatından danışdı və beynəlxalq təşkilatları susmamağa ÇAĞIRDI 13 İyul 2020, 12:37 Türkiyədən ÇAĞIRIŞ: “İşğalda olan torpaqların azad olunmasının vaxtı çatıb” 13 İyul 2020, 12:34 Deputatlardan Minsk qrupuna ETİRAZ 13 İyul 2020, 12:32 Gədəbəydə polis əməkdaşı əmisini qətlə yetirdi 13 İyul 2020, 12:32 Ermənistanda fövqəladə vəziyyət avqusta qədər uzadıldı 13 İyul 2020, 12:26 Prokurorluq məlumat yaydı 13 İyul 2020, 12:20