Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 9 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 9 mini keçdi

Dünya

31 May 2020, 12:18

Ermənistanda koronavirusa yoluxanların sayı 9 282 nəfərə çatıb.

 

Modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, son sutka ərzində 355 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 131 nəfər koronavirusdan ölüb, 5 715 nəfərin müalicəsi isə davam edir. Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir