Arxiv
31 May 2020, 12:19 | AKTUAL
Qənirə Paşayeva hökuməti Türkiyədəki tələbələrimizi geri qaytarmağa ÇAĞIRDI

 

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi" qardaş ölkə ilə Azərbaycanın bütün bölgələri, xüsusilə də ölkəmizin bir parçası olan Naxçıvan Muxtar Respublikası  ilə qardaş Türkiyə bölgələri arasında iqtisadi - ticarət əlaqələrinin daha da güclənməsində böyük rolu olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin  Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.


Millət vəkili həmçinin Türkiyədə təhsil alan onlarla tələbənin müraciətini də səsləndirib:

 

“İyun ayının 15-dən etibarən Türkiyədəki dövlət və özəl olmasından asılı olmayaraq bütün yataqxanalar növbəti tədris ilinə hazırlıq üçün bağlanır. Bu isə qardaş Türkiyədə təhsil alan və yataqxanada yaşayan ailələrin övladları üçün böyük problemlər yaradır. Bu uşaqların iyunun 15-dən sonra harada qalacaqları bilinmir. Türkiyədə mənzil kirayə haqları bahadır, üstəlik kirayə qalan kammunal xərclər, aidiyyat xərcləri kimi xərclər də ödəməlidir ki, imkanları böyük olmayan ailələrin uşaqları üçün çox ciddi problem yaradar. Əgər bu uşaqların qısa zamanda ölkəmizə qayıtması təmin olunmazsa dövlət bundan sonra çox sayda tələbəyə dəstək olmalı olacaq. Nəzərə alsaq ki, Türkiyə universitetlərindən bu il məzun olan tələbələrin içərisində ölkəyə dönmək istəyənlərin sayı az deyil, onların da yaxın günlərdə ölkəyə dönə bilməməsi onların problemləri ilə yanaşı cəmiyyətdə də narahatlığı artıracaq. Eyni zamanda nəzərə almalıyıq ki, qardaş Türkiyədə də tədris ili başa çatır və təhsil alan tələbələrin bir hissəsi yeni dərs ilinə qədər ölkəyə qayıtmaq istəyir. Çünki onların bir hissəsinin ailələrinin onların tədris ili bitdikdən sonra da orada qalmalarını təmin edə bilmə imkanları azdır. Mən ötən gün Təhsil Nazirliyimizin qardaş Türkiyədəki səfirliyimizdə fəaliyyət göstərən nümayəndəsi ilə də geniş danışdım. Çünki bizə hər gün onlarla ailə müraciət edir və onların müraciətləri ilə bağlı geniş fikir mübadiləsi apardıq. Təxminən 2400 tələbə ölkəyə qayıtmaq üçün qeydiyyatdan keçib. Bu uşaqların ailələrinin bir çoxu uşaqlarının qayıtması üçün təyyarə biletlərini, yol xərclərini ödəməyə hazırdırlar. Sadəcə tələbələrin ölkəyə qayıda bilməsi üçün çarter təyyarə reyslərinin olmasını xahiş edirlər. Gələn tələbələr ölkəyə döndükdən sonra karantində qalmağa da hazır olduqlarını bildirirlər. İyunun 15-nə qədər çarter reysləri ilə bu uşaqların Azərbaycana qayıtmasına şərait yaradılmalıdır. Çoxlu sayda ailə bu məsələ ilə bağlı hər gün bizə müraciət edirlər. Aidiyyəti qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram. Yataqxanadan artıq çıxarılma mərhələsində olan, məzun olan və qayıtmaq üçün qeydiyyatdan keçən tələbələrin ölkəyə qayıtması məsələsinin yaxın günlərdə öz həllini tapması vacibdir.”

 

Deputat Hikmət Babaoğlu isə bildirib ki, Avropa və digər ölkələrdən də tələbələrin ölkəmizə gətirilməsi məsələsi aktualdır:

 

“Bu tələbələrin də ölkəmizə çarter reyslərlə gətirilməsi məsələsi öz həllini tapmalıdır”.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Karantin qaydalarını pozan kafe sahibi və 11 müştəri CƏRİMƏLƏNDİ 9 İyul 2020, 09:37 Azərbaycanda neft hasilatı 1 milyon ton AZALIB 9 İyul 2020, 09:32 Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan! 9 İyul 2020, 09:27 Müdafiə Nazirliyi məlumat yaydı - Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır 9 İyul 2020, 09:22 Bakıda yataqxana qarət olundu 9 İyul 2020, 09:17 Koroavirus xəstəliyindən sağalanlara arayiş verilir - RƏSMİ CAVAB 9 İyul 2020, 09:12 Xətaidə azyaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır 9 İyul 2020, 09:06 Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ 9 İyul 2020, 09:00 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Naqif Həmzəyev: Minsk qrupun həmsədrləri işğalçı Ermənistana təsir göstərməlidir   9 İyul 2020, 08:44 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42