Modern.az

Dünyanın daha bir ərazisi koronavirusdan QURTULDU

Dünyanın daha bir ərazisi koronavirusdan QURTULDU

Dünya

1 İyun 2020, 16:04

Dünyanın daha bir bölgəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Kanal Adalarında infeksiyaya yoluxmuş 560 nəfərdən 45-i vəfat edib, 515 xəstə isə sağalaraq evə buraxılıb. 

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kanal Adalarını koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Monteneqro, Aruba və Britaniya Vircin Adalarında koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...