Modern.az

Xomeyninin vəfatından 31 il keçir

Xomeyninin vəfatından 31 il keçir

2 İyun 2020, 15:59

Sabah – 3 iyun tarixi İslam İnqilabının lideri və İran İslam Respublikasının banisi İmam Xomeyninin vəfatının öldönümüdür.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti bununla bağlı məlumat yayıb. Səfirlikdən Modern.az-a daxil olan məlumatda deyilir:



“İslam İnqilabının lideri və İran İslam Respublikasının banisi İmam Xomeyni ləqəbli Seyid Ruhullah Mustafavi 24 sentyabr 1902-ci ildə İranın Xomeyn şəhərində dünyaya gəlib.

İmam Xomeyni Ayətullah Burucerdinin ölümündən sonra Tağut siyasətinə qarşı çıxmış və 6 iyun 1963-cü il qiyamında həbs olunanaq Tehrana göndərilmişdi. O, bir müddət həbsdən sonra müqəddəs Qum şəhərinə qayıtmış və kapitulyasiyanın (İrandakı Amerika cinayətkarlarının toxunulmazlığı-səfirlik) təsdiqlənməsi hadisəsində Qum böyük məscidində əhəmiyyətli və atəşli çıxışından sonra yenidən tutularaq Türkiyəyə, oradan da İraqa sürgün edilmişdi. O, İraqda da Pəhləvi rejimi ilə mübarizəni davam etdirib. Pəhləvi rejimi ilə İraqdakı Bəəs rejimlərinin birgə koordinasiyası onu İraqı tərk edərək Parisə getməyə məcbur etmişdi. 

Monarxiyanın dağılması və 57 illik məzlum Pəhləvi rejiminin sonu ilə İmam Xomeyni xalqın həlledici səsləri əsasında İran İslam Respublikasını qurdu. İmam Xomeyni 11 fevral 1979-cu ildən 3 iyun 1989-cu ilə qədər inqilaba rəhbərlik edib. O, təhlükəli hadisələrdə, müxtəlif sui-qəsdlərdə, İraqa qarşı 8 illik müharibədə və sanksiyalarla mübarizə yolunda inqilabı və ölkəni təhlükəsiz və məharətlə idarə edib. İmam Xomeyni 3 iyun 1989-cu ildə dünyasını dəyişib". 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir