Modern.az

Neft sektoru geriləyib - Hesablama Palatasından 2019-cu ilin dövlət büdcəsinin icrasına dair RƏY

Neft sektoru geriləyib - Hesablama Palatasından 2019-cu ilin dövlət büdcəsinin icrasına dair RƏY

3 İyun 2020, 10:11

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadi artımın sürətlənməsində aparıcı rol qeyri-neft sektoruna məxsus olub, neft sektoru isə 2018-ci il ilə müqayisədə bir qədər geriləyərək, 2019-cu ildə real ifadədə cəmi 0,4% artıb.

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.


Qeyd olunub ki,  təqdim olunan “Büdcə zərfi”ndə ÜDM-in xərclər üsulu ilə tərkibinin proqnoz göstəricilərinə dair məlumatlar yer almadığı üçün faktiki göstəricilərin proqnozlarla müqayisəsi ÜDM-in sahəvi strukturuna əsasən aparıla bilər. Həmçinin, hesabat ili üzrə büdcə parametrləri 2019-cu ilin proqnozlaşdırılmış makroiqtisadi göstəriciləri ilə müəyyən olunduğu üçün, icra göstəricilərinin gözlənilən deyil, proqnozlaşdırılmış göstəricilərdən istifadə etməklə müqayisəsi daha məqsədəuyğun hesab olunur.

ÜDM-in real artım tempində yuxarıda qeyd olunmuş əhəmiyyətli fərqin formalaşması, əsasən neft sektoru üzrə artım tempinin proqnozlaşdırılmış rəqəmdən 2,7 faiz bəndi az artması ilə izah oluna bilər. Neft hasilatının proqnozlaşdırıldığından 1 mln. ton az olmaqla 37,5 mln. ton həcmində yerinə yetirilməsi “OPEK+” sazişi ilə əlaqədar olub, bu da öz növbəsində neft ÜDM-nin proqnozlaşdırıldığı kimi 3,1% deyil, 0,4% təşkil etməsinə təsir göstərib. İqtisadi artımın neft faktoru üzrə dekompoziyasının təhlili göstərir ki, 2019-cu ildə də qeyri-neft sektoru iqtisadi artıma daha çox təsir göstərib.


Qeyd edək ki, neft sektorunun real artımı hesabat ilində cəmi 0,4% təşkil edib. Neft hasilatının əvvəlki illə müqayisədə 3,3% azalmasına baxmayaraq, qaz hasilatının 27,7% artması neft sektorunun cüzi də olsa, artması ilə nəticələnib. Qaz hasilatının artması “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin istifadəyə verilməsi ilə əlaqəlidir. OPEK-in aylıq hesabatlarında da verilən məlumatlara əsasən, Azərbaycan üzrə günlük neft hasilatı 0,02 mln. barel azalaraq, orta hesabla 0,79 mln. barelə çatıb.

2019-cu ildə ÜDM-in qeyri-neft sahələrinin artımında ticari sahələr əhəmiyyətli rola malik olub, qeyri-neft sənayesinin gözləntilərdən daha çox artacağı barədə Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinin layihəsinə dair Rəyində qeyd edilmiş ehtimal hesabat ilində öz təsdiqini tapmışdır.
“Qənaətbəxş haldır ki, qeyri-neft sahələrinin artımı daha çox ticari sahələrin sayəsində mümkün olmuş, qeyri-neft sənayesi və kənd təsərrüfatı yüksək artım tempinə görə digər sahələrdən fərqlənmişdir. Lakin ticari sahələrin qeyri-neft ÜDM-nə müsbət töhfəsi qeyri-ticari sahələrdən üstün olsa da, qeyri-ticari sahələrin əlavə dəyər istehsalında payı (80,0%-dən çox) hələ də böyük olaraq qalır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu