Modern.az

Toy mərasiminə qatılan 52 nəfər koronavirusa tutuldu

Toy mərasiminə qatılan 52 nəfər koronavirusa tutuldu

3 İyun 2020, 15:33

İraqda toy mərasimində iştirak edən 52 nəfər koronavirusa yoluxub.

Modern.az xəbər verir ki,  İraq Kürd Regional İdarəçiliyinin (İKBY) Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Duhokda bir toy yeməyinə qatılan 3 uşağın da olduğu 52 nəfərin COVİD-19 test nəticələri müsbət olub.

 

İraq Kürd Regional İdarəçiliyinin paylaşdığı son məlumatlara görə, sutka ərzində COVİD-19 bölgədə daha 4 adamın həyatına son qoyub və 104 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, 11 maydan etibarən İraqın Ərbil şəhərində tətbiq olunan sərt karantin rejimi yüngülləşdirilmişdi və bütün restoranlar, məscidlər və bazarlar  açılmışdı. Amma bundan sonra ölkədə 400-ü keçməyən yoluxma sayı 800-ü keçdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu