Arxiv
4 İyun 2020, 16:40 | AKTUAL
İqtisadiyyat Nazirliyi sahibkarlarla birgə aztəminatlı ailələrə dəstək verdilər

Koronavirus pandemiyasının dünya ölkələrini böhran və sosial-iqtisadi itkilərlə üz-üzə qoyduğu son dövrlər dövlətlər üçün ciddi bir sınağa çevrilib. Qlobal dünyanın bir parçası olan Azərbaycan belə mürəkkəb dövrdə öz vətəndaşlarını koronavirus pandemiyasından və onun yaratdığı fəsadlardan qorumaq üçün bütün mümkün tədbirləri görür.

 

Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

 

Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə ölkəmizin hər yerində sosial həmrəylik aksiyaları davam edir. Bu aksiyaların məqsədi koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Sevindirici haldır ki, bu aksiyalarda dövlət qurumları ilə yanaşı cəmiyyətin üzvləri, eləcə də sosial məsuliyyətli sahibkarlar fəal iştirak edirlər.

 

Belə bir sosial təşəbbüslərdən biri də ötən aydan başlayaraq İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Aztəminatlı ailələrin ən çox tələb olunan istehlak mallarına ehtiyacının ödənilməsi məqsədilə başlanmış sosial aksiyaya özəl biznesi təmsil edən sahibkarlar da yaxından dəstək göstəriblər.

 

Humanitar təşəbbüs çərçivəsində Nazirliyin təşkilatçılığı ilə həftəlik tələbat üçün nəzərdə tutulmuş ərzaq bağlamaları Bakıda və Abşeronda aztəminatlı ailələrə çatdırılıb. Aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hərtərəfli dəstək veriblər. Belə ki, “Azərmaş” ASC ərzaq bağlamalarının çatıdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının iştirakçıları isə ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım ediblər. Sosial aksiya çərçivəsində   4 300-dən çox ərzaq bağlaması çatdırılıb.

 

İqtisadiyyat Nazirliyi sosial həmrəylik və korporativ məsuliyyət nümayiş etdirən, adlarının çəkilməsinə lüzum görmədən bu təşəbbüsdə aktiv iştirak edən bütün sahibkarlara təşəkkür edir, bu cür humanitar addımların ölkəmizin fəal iqtisadi və sosial həyata qayıdacağı günü daha da yaxınlaşdıracağına töhfə verdiyini qeyd edir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Bakının iki qəsəbəsi  işıqsız qaldı 12 İyul 2020, 00:08 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56 Ədliyyə Nazirliyinin vəzifələri artırıldı 11 İyul 2020, 20:41 Daha  6 472 obyektdə qaydalar pozuldu 11 İyul 2020, 20:28 Koronavirusa yoluxan şöbə müdirindən XƏBƏR VAR 11 İyul 2020, 20:09 Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI 11 İyul 2020, 19:59 Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN 11 İyul 2020, 19:50 “Neftçi”nin sabiq vitse-prezidenti koronavirusdan ÖLDÜ 11 İyul 2020, 19:44 Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06