İşləməsinə icazə verilən şəxslər öz avtomobillərindən istifadə edə bilməyəcəklər.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, həftə sonu evdən çıxmasına ucazə verilən digər şəxslər dəfn mərasimində iştirak edəcək şəxslərdir:
"Bunun üçün 102 xidmətinə zəng edərək, icazə ala biləcəklər".