Təhsil Nazirliyi Təhsilverənlərin sertifikatlaşdırılmasının aparılacağı vaxtı açıqlayıb.
Modern.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sertifikatlaşmanın bu ilin payız aylarından başlayaraq növbəti ildə də davam edəcəyini bildirib.
“Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında Təhsil naziri əmr imzalayıb.
 Əmrdə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə
 Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması qeyd olunur. Təhsilverənlərin sertifikatlaşdırılması bu ilin payız aylarından başlayaraq növbəti ildə də davam edəcək”, - C.Valehov deyib.
 
 Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasına aşağıdakı vəzifəli şəxslər daxil edilib:
Şuranın sədri:
 
 Məhəbbət Vəliyeva - Azərbaycan Respublikası Təhsil nazirinin müavini
 
 Şuranın üzvləri:
 
 Fərzəli Qədirov - Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini
 
 Elnur Məmmədov- Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən
 
 Eşqi Bağırov - İnsan resursları şöbəsinin müdiri
 
 Vəfa Yaqublu - Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri
 
 Murad Camalzadə -Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən
 
 Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.
Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.