Arxiv
5 İyun 2020, 13:27 | HADİSƏ
Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ

Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir.

 

Bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a bildirib ki, qeyd edilən rayon və şəhərlərdə şənbə və bazar günləri müvafiq icazəsi olanlardan başqa digər vətəndaşlara yaşayış yeri və olduğu yeri tərk etmək qadağan olunacaq:

 

“Bu tələbləri pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejimə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər. Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları həftənin iki günü evdə olmağa, küçəyə çıxmamağa çağırırıq. Çünki bizim məqsədimiz vətəndaşları cərimələmək deyil, onların sağlamlığın qorunması üçün atılan addımdır. Buna görə də inanırıq ki, vətəndaşlarımız bu tələbləri anlayışla qarşılayıb cəmi iki gün evdə qalacaqlar”.

 

E.Zahidov əlavə edib ki, vətəndaşlar qeyd olunan iki gün ərzində zibil atmağa da gedə bilməzlər:

 

“Buna icazə verilmir. Nazirlər Kabineti yanında Operativ Qərargah bu iki gün ərzində evdən çıxmaq üçün iki hal müəyyən edib. Birincisi, vətəndaşın həyatı üçün real təhlükə yaradarsa, onda evi tərk edə bilər. İkincisi, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxs Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə yaxud 012 590 80 20 Qaynar xəttinə müraciət edib məlumat verəcək. Qısa müddət ərzində həmin şəxsin müraciəti araşdırılacaq, verilən məlumat həqiqətə uyğun olarsa, onun evdən çıxmasına, dəfndə iştirakına icazə veriləcək. Bu barədə həmin şəxsə və onun getdiyi istiqamətdə xidmət aparan polis əməkdaşlarına məlumat veriləcək, həmçinin, bu barədə polislərin istifadəsində olan planşetlərə qeyd göndəriləcək. Yalnız bu iki halda evdən çıxmağa icazə verilir. Vətəndaşlar digər hallarda evdə oturub istirahət etməlidir. Həftənin birinci günündən etibarən isə vətəndaşlar qoruyucu maskalardan istifadə edərək sərbəst işə gedib-gələcə biləcəklər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Bakının iki qəsəbəsi  işıqsız qaldı 12 İyul 2020, 00:08 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56 Ədliyyə Nazirliyinin vəzifələri artırıldı 11 İyul 2020, 20:41 Daha  6 472 obyektdə qaydalar pozuldu 11 İyul 2020, 20:28 Koronavirusa yoluxan şöbə müdirindən XƏBƏR VAR 11 İyul 2020, 20:09 Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI 11 İyul 2020, 19:59 Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN 11 İyul 2020, 19:50