Modern.az

Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO

Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO

5 İyun 2020, 20:00

Türkiyədə COVID-19 virusu ilə əlaqədar məscidlərdə və qapalı məkanlarda kütləvi ibadətlərin icra olunmasına qadağa qoyulub.

 

Modern.az “İhlas Haber Ajansı”na (İHA) istinadən məlumat verir ki, uzun müddətdir cümə namazı qılmaqdan məhrum olan dindarlar bunun çarəsini ibadəti açıq havada və sosial məsafə saxlayaraq icra etməkdə görüblər.

 

Adana şəhərində yerləşən futbol meydançasında ibadətə toplaşan dindarlar cümə namazını icra edib, vaizin çıxışını dinləyiblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır