Modern.az

Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO

Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO

5 İyun 2020, 21:51

Göyçay rayonunda köhnə tikilidən kişi meyiti tapılıb.

Modern.az xəbər verir ki, Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlü Musayev İslam Şərafət oğlunun ailə üzvləri onun 3 gün öncə itkin düşməsi barədə Göyçay Rayon Polis Şöbəsinə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şəhərin N.Nərimanov küçəsindəki köhnə tikilidən onun meyiti aşkar edilib.

İ.Musayevin yüksək dozada narkotik vasitə qəbulu səbəbindən dünyasını dəyişdiyi ehtimal olunur.

İ.Musayev Göyçay şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olurdu.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub