Arxiv
11 İyun 2020, 14:40 | DİASPOR
Ukraynanın ən varlı azərbaycanlısı - O niyə diaspordan uzaq gəzir?

Bir neçə gün əvvəl “Forbes” jurnalının Ukrayna versiyası ölkənin 100 ən varlı iş adamının siyahısını dərc etdi. Diqqət çəkən məqam, həmin siyahıda Azərbaycan əsilli iş adamı Vaqif Əliyevin də yer alması oldu. Belə ki, jurnala görə, Azərbaycanlı iş adamının sərvəti yarım milyard dollardan çoxdur və o, bu göstərici ilə Ukraynanın ən zəngin 20 iş adamından biridir.

 

Dünyadakı Azərbaycan diasporunun ən varlı simalarından olsa da, Vaqif Əliyevin tarixi vətəni ilə bağlı tədbirlərdə, layihələrdə adı hallanmır. Bu günə qədər cəmi 3 müsahibə verən Azərbaycan mənşəli iş adamı qapalı həyat tərzi sürməsi ilə də tanınır. Modern.az iş adamının həyat yoluna qısa nəzər salır.

 

Vaqif Əhməd oğlu Əliyev 1968-ci ildə Türkmənistanda anadan olub. 1982-ci ildə o, ailəsi ilə birlikdə Rusiyanın Kislovodsk şəhərinə köçüb. İş adamının təhsil alması barədə məlumat olmasa da, 1986-cı ildə Sovet ordusu sıralarında hərbi xidmətə çağırıldığı məlumdur.

O hələ uşaq yaşlarında biznes intuisiyasını nümayiş etdirib. Yeniyetməlik yaşlarında Kislovodsk şəhərində çatışmazlıöı yaşayan avtomobilin ehtiyat hissələrini Tolyatti şəhərindən daşınmasını təşkil edib.

“Tolyattidən 55 rubla aldığımız təkəri Kislovodskda 70-80 rubla satırdıq. İnsanlar qısa müddətdə hər şeyi alırdılar”-deyə Vaqif Əliyev sonralar mətbuata azsaylı müsahibələrində xatırlayırdı. Artıq 18 yaşında hərbi xidmətə yollanan zaman onun öz şəxsi evi bə biznesi var idi.

Hərbi xidmətdən qayıtdıqdan sonra isə Vaqif Əliyev Moskvadan Kislovodska parfümer məhsulları satmaqla məşğul olur. Moskvada ukraynalı iş adamı İqor Bakayla tanış olur. Azərbaycanlı gəncin işgüzarlığını və biznes duyumunu qiymətləndirən Bakat onu Ukrayna dəvət edir və təbii qaz satışı ilə məşğul olan şirkətində işə düzəldir. Burada o gələcək biznes şəriki İqor Nikonovla da tanış olur. Vaqif Əliyev biznesdə ilk addmılarını atdığı həmi illəri belə xatırlayır.

“Nikonovla mən 1993-cü ildə, Bakayla isə bundan 10 illər tanış olmuşdum. Biz hamımız bigə qaz biznesindəı çalışırdıq, Ukraynaya barter sxemləri ilə qaz tədarükü təşkil edirdik. Mən 1993-cü ildə Türkmənistana hökumətlərarası razılıq əsasında, 1 milyon vüt qalış satmışdım və əvəzində təbii qaz almışdım. Həmin vaxt qalış Türkmənista üçün qiymətli mal idi. Qaz qarşılığında biz hər şey: kompüter, şifer, qara bibər, qəhvə və s. satırdıq”.

 

1990-cı illərin sonlarından Vaqif Əliyev developer kimi fəaliyyət göstərməyə başladı. İri ticarət və ofis binaları tikərək onları icarəyə verməyə başlayan iş adamı 2003-cü ildə Kiyevin Bessarabiya küçəsində “Mandarin Plaza” ticarət mərkəzini və “Dominant” bizesn mərkəzini inşa etdi.

 

Hazırda o, “Mandarin Plaza” ticarət mərkəzinin 75%-nə sahibdir. Həmçinin, “Senator” və “Parus” biznes mərkəzləri, 2016-cı ildə açılmış Lavina Mall ticarət mərkəzinin sahibidir. Bundan başqa, hazırda “Ocean Mall”un tikintisi də davam etdirilir.

Vaqif Əliyev çox ambisiyalı biznes planlarının olduğunu açıqlayıb. O, Kiyevin hər rayonunda 1 ticarət mərkəzi inşa edərək, onların sayını 2020-ci ilin sonuna qədər 10-a çatdırmağı düşünür.

“Mən 25 il idi ki, buna hazırlaşırdım. Son 10 ildə Kiyevdə bütün əlverişli yerlərdə olan torpaq sahələrini alırdım. İndi strategiyamı həyata keçirə biləcəm”.

Yarım milyard sərvəti ilə Ukraynadakı böyük Azərbaycan diasporunun ən zəngin nümayəndəsinə çevrilsə də, Vaqif Əliyev diasporun təşkil etdiyi tədbirlərə qatılması, Azərbaycanın dövlət bayramı günlərində iştirak etməsi ilə bağlı məlumatlar yoxdur. Onun Azərbaycan diasporundan uzaq gəzməsi ilə bağlı fərqli fikirlər səslənir.

 

Şəxsi həyatına gəlincə isə, Vaqif Əliyev evlidir. Onun Natella Krapivina və Alina Əliyeva adlı qızları, 1 qız nəvəsi var.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycanlılar Koreyada nüfuzlu şirkətlərdə çalışır” - Səfirlə SÖHBƏT 2 Avqust 2021, 13:26 Mal-qara oğurlayan qardaşlar saxlanıldı - FOTOLAR 2 Avqust 2021, 13:16 Eldəniz Səlimov Milli Məclisdə ÜZR İSTƏDİ 2 Avqust 2021, 13:10 Ölkədə pul bazasının həcmi artıb 2 Avqust 2021, 13:05 Nazirlik “Ayın Fermeri” müsabiqəsini elan etdi 2 Avqust 2021, 13:00 İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR verdi- YENİLƏNİB 2 Avqust 2021, 13:00 Temperatur yenidən artır - Sabahın havası 2 Avqust 2021, 12:57 Əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş kəsildi 2 Avqust 2021, 12:55 Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI 2 Avqust 2021, 12:52 Bu 3 nəfərdən biri spiker olacaq 2 Avqust 2021, 12:48 Tağı Əhmədovun səhhəti pisləşib? - Özündən AÇIQLAMA 2 Avqust 2021, 12:46 Yol polisi sürücülərə müraciət etdi 2 Avqust 2021, 12:44 "Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55