Arxiv
11 İyun 2020, 18:33 | QARABAĞ
Rəsmi Bakıdan Qarabağı Ermənistana birləşdirən üçüncü yolla bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən üçüncü magistral yolun tikintisi ilə bağlı açıqlama yayıb.

 

XİN-in Mətbuat xidməti idarəsindən Modern.az-a daxil olan açıqlamada deyilir:

 

“Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir. Ermənistanın bu addımı təcavüzkar ölkənin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalını möhkəmləndirmək məqsədi güdərək, həmçinin bu ərazilərdə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsi, qanunsuz məskunlaşdırmanın davam etdirilməsi, təbii sərvətlərin talan edilməsi, istismarı və daşınmasının həyata keçirilməsinə xidmət edə bilər.

 

Xarici İşlər Nazirliyinin hələ 2016-cı ildə hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı, eləcə də 2019-cu ildə Azərbaycan XİN və “Azərkosmos” ASC tərəfindən hazırlanmış və Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz fəaliyyətin peykdən çəkilmiş təsvirlərini əks etdirən hesabatlarda işğalçı ölkənin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti təsdiq edən kifayət qədər dəlillər göstərilib. Bu dəlillər Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınmasının həyata keçirildiyini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də təbii sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistanın nəqliyyat məntəqəsi rolunu oynadığını üzə çıxarır. Beləliklə də, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə üçüncü magistral yolu çəkməsinin başlıca səbəbi işğalçı ölkənin məhz qeyri-qanuni fəaliyyətini davam etdirərək işğalı möhkəmləndirmək və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirmək niyyətini aşkar şəkildə göstərir.

 

Ermənistanın qanunsuz əməlləri onun öz beynəlxalq öhdəliklərinə ziddir, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin, həmçinin 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Məlumdur ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasəti ilə bağlı birmənalı mövqeyini başda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olmaqla, bu günədək qəbul olunmuş çoxsaylı qərar və sənədlərdə əks etdirib. Eyni zamanda, Ermənistanın işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyətini pisləyən, habelə işğal nəticəsində yaranmış vəziyyətin saxlanılması üçün iqtisadi fəaliyyət də daxil olmaqla hər hansı yardım göstərilməsindən çəkinməyə çağıran qətnamə və bəyanatlar İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən qəbul olunub. Ermənistanın qanunsuz fəaliyyətinə münasibətdə Avropa Parlamentinin üzvləri tərəfindən birgə bəyanatın qəbul olunması isə işğalçı ölkəyə ünvanlanmış konkret çağırış kimi dəyərləndirilməlidir.

 

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Münaqişənin davamlı həllinə nail olmağın yeganə yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır.

 

Azərbaycana qarşı törədilən təcavüz siyasətinin, Azərbaycan ərazilərinin hərbi işğalda saxlanılması və bu ərazilərdə etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasının, eləcə də bu torpaqlarda həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətin tam məsuliyyəti Ermənistanın üzərindədir. İşğalçı ölkə bu əməllərinin cavabını gec-tez verəcəkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28