Modern.az

Milli Məclisin deputatı koronavirusa yoluxdu

Milli Məclisin deputatı koronavirusa yoluxdu

Parlament

20 İyun 2020, 16:25

Son günlər koronavirusa yoluxanlar arasında tanınmış simaları da görmək olur.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatlarından biri COVID-19-a yoluxduğunu etiraf edib. Bu, parlamentin 95 saylı Tərtər seçki dairəsindən deputatı Sahib Alıyevdir.

Milli Məclis üzvünün özü bu haqda sosial şəbəkədə məlumat yayıb.

“Mən burada heç vaxt özümlə və doğmalarımla bağlı nə bəd xəbər, nə də xoş xəbər paylaşmışam. Haradasa duyğu istismarı və göstəri elementləri gördüyüm üçün bunu etməmişəm. Amma indi elə bir müstəsna vəziyyətdir ki, Milli Məclisin deputatı olaraq bu xəbəri sizinlə bölüşməyə bilmirəm. Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVID-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər.
Bir daha hər kəsə can sağlığı arzulayıram, Allah amanında!”,-deyə Sahib Alıyev qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı