Arxiv
23 İyun 2020, 08:43 | DİASPOR
Fikrət Qocanın İndianada yaşayan qızı..

Gör nə şıltaqdır Günayım,
Tez küsər, tez də barışar
Gah bir nəğməyə dönər o,
Bəzən od olar, alışar...


Qəribədir, çoxları Amerika Birləşmiş Ştatlarını yaşamaq üçün ən münasib ölkə hesab edir. Hətta bəziləri elə düşünür ki, bu ölkə bəxtəvərlər ölkəsidir. Necə deyərlər, hamı yağın-balın içində yaşayır, ağaclardan yarpaq əvəzinə dollar sallanır. Əsl həqiqətdə isə vəhşi kapitalizmin sərt qaydalarının tüğyan etdiyi bu məmləkətdə yaşamaq, uğur qazanmaq elə də asan deyil, çətindən çətindir...


Amerikanı gəzib-dolaşdıqca burada yurd salan soydaşlarımızın hansı çətinliklərə sinə gərərək qazandıqları uğurları görəndə, adamın ürəyi dağa dönür və sevinirsən ki, Azərbaycanın övladları heç də aciz deyillər...


O, uzun illərdir Azərbaycanda yaşamır, amma Azərbaycanla yaşayır...


İçində bir Azərbaycan vardır- cismi qürbətdə olsa da ruhu vətəndədir…


Azərbaycanla bağlı nə varsa ona doğma, əziz, müqəddəsdir- canı candan ayırmaq olmur...


Evində hara baxsan, Azərbaycanı xatırladan nəsə görəcəksən- axı Azərbaycanla nəfəs alır...


O da, arzularının qanadlarında gəlib bu məmləkətə. Deyir ki,- "Uşaq vaxtlarımda Allahdan diləyirdim ki, uzaq ölkələrdən birində evim olsun, yaşamağa da şərait. Sanki Allah məni eşitdi, arzum çin oldu. İndi Amerikadayam"...


Haqqında söhbət açdığım şəxs ötən əsrin yetmiş- səksəninci illərində adı musiqi qanadlarında dillərə qonan, “Günayım” mahnısının qəhrəmanı Qocayeva Günay Fikrət qızıdır. Bu mahnı üç böyük sənətkarın - bəstəkar Ramiz Mirişli, xalq şairi Fikrət Qoca və xalq artisti Flora Kərimovanın müştərək məhsulu olduğundan dillər əzbəri olub...


O, 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra BDU-nun şərqşünaslıq fakultəsinə qəbul olunub. 1998-ci ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdürəsi vəzifələrində çalışıb.
2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. Ailəlidir, Pərviz adında oğlu vardır...


Artıq on yeddi ildir ki, burada yaşayır. Həyat yoldaşı Corc milliyətcə ingilis olsa da azdan-çoxdan Azərbaycanca danışa bilir.
Deyir ki,- "Mən Günayı sevirəm"…


Amerikalılar evində qonaq qəbul etməyi, qonaqlıq verməyi xoşlasalar da, qonağın evdə qalmasını elə də xoşlamırlar. Uzaqdan gələn qonaq hökmən mehmanxanada yerləşməlidir. Dörd gün Günay xanımgildə qonaq olduq. Corc bizə əsl Azərbaycan qonaqpərvərliyi göstərdi və gəlişimizdən məmnun olduğunu daima hiss etdik. Avtomobili ilə bizi ştatın baş şəhəri İndianapolisin gəzməli-görməli yerlərinə aparır, nəvazişini əsirgəmirdi...


Günay xanım evdə yemək bişirməyi çox xoşlayır. Böyük mətbəxində ərsəyə gətirdiyi milli xörəklərimizdən təam edərkən adama elə gəlirdi ki, sanki uzaq Amerikada yox, doğma Azərbaycandadır...


Rus, Azərbaycan, Türk dillərini mükəmməl bildiyindən Amerikaya yenicə gəldiyi vaxtlarda tərcüməçi işləyib. Bu ölkəyə pənah gətirən Axska türklərinin sənədləşmə işlərinə tərcüməçi kimi təmənnasız yardımçı olub. Sonradan foto studiya yaradaraq orada çalışıb…


Musiqini çox sevir. Atasının sözlərinə ondan çox mahnı bəstələyib. Mahnıların hamısı Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar kitabında yer alıb. İndiananın tanınmış aranjimançılarından biri ilə xalq şairinin sözlərinə bəstələnən “Çıx get” mahnısının üzərində yenidən işləyərək fərqli üslubda bir mahnı ərsəyə gətirib, dinləyib çox xoş olduq. Bu işi davam etdirməyi, yeni mahnılar üzərində işləməyi planlaşdırır. Üstəlik atasının müxtəlif illərdə nəşr olunan şeir kitablarını ingiliscəyə çevirib ictimaiyyətə təqdim etməyi düşünür...


İndianapolis şəhərində azərbaycanlılar elə də çox deyillər. Amma buna baxmayaraq tez-tez ünsiyyətdə olur, biri-birini arayıb axtarırlar. İndiana Universitetinə təhsil almağa gələn tələbələrə ana-bacı nəvazişi göstərir, Günay xanım. Əl tutur, yardım edir. Milli bayramlarımızı yığışıb birlikdə keçirirlər. Paxlava, şəkərbura, qoğalı da öz yerində...


Evləri göl qırağında olduğundan bura köçəri quşlar tez-tez gəlir. Bir də görürsən ki, Günay xanım əlində çörək qazları, ördəkləri yemləyir. Quşlar vəhşi olsalar da qorxmadan yaxınlaşır, onu dövrəyə alırlar...


Xanım-xatun qadındı. Davranışında, ən adi hərəkətlərində belə əsl xanımlara xas olan əlamətləri görməyə bilmirsən...
Çox kövrək, duyğusal insandı, Günay xanım. Bir həzin musiqidən, bir qəmli xəbərdən kövrələ bilir. Azərbaycanda gedən bütün prosesləri izləyir, baş verən hadisələrlə maraqlanır...


ABŞ-da demək olar ki, qocalı-cavanlı qadınların hamısı şəxsi avtomobillə hərəkətdə olurlar. İmkanı ola-ola niyə avtomobil almadığını soruşanda 2009-cu ildə Azərbaycanda olarkən başına gələn avtomobil qəzasından danışdı. Demə, rayonların birindən anası, oğlu ilə birlikdə geriyə- Bakıya dönərkən sürücünü sükan arxasında yuxu tutub, maşın yoldan çıxaraq səddə dəyib. Qəzada hamı yaralanıb, lap çox zədə alan da Günay xanım olub. Odur-budur avtomobil sürməyə ürək eləmir…


Oğlu Pərvizin iyirmi beş yaşı vardır. İngilis dilində təhsil alsa, ingilislərin arasında araya-ərsəyə gəlsə də bu gənc zabitin nə danışığında, nə də hərəkətlərində hiss etməzsən ki, Azərbaycandan kənarda böyüyüb. Mədəni davranışı, şux zarafatları ilə könül oxşayır, ünsiyyət yaradır hər kəslə. Bütün gənclər kimi arzuları böyükdür. İnanırıq ki, Pərviz əzm və möhkəm iradə ilə vəhşi kapitalizmin çətinliklərinə sinə gərərək böyük uğurlara nail olacaq...


...Çox qonaqpərvərdi, Günay xanım. Biz İndianapolisi tərk edib Bluqminton şəhərinə getməli idik. Ayrılmaq zamanı çatanda, o da həyat yoldaşının avtomobilinə əyləşərək İndianapolisdən Bluqminton şəhərində yerləşəcəyimiz evə qədər bizi müşayət elədi. Sağollaşanda qəhərini boğa bilmədi, gözləri yaşardı…


...İndiana ştatının İndianapolis şəhərində, göl qırağında bir ev var- Günay Fikrət qızının evi. Sanki o göl balaca Xəzər, o ev isə balaca Azərbaycandır...

Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aparıcıdan Paşinyana SƏRT SUALLAR: “Azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyəcəksinizmi?” 14 Avqust 2020, 13:26 Azərbaycanda 2 koronavirus xəstəsi həbs olundu 14 Avqust 2020, 13:14 Sabahın hava proqnozu 14 Avqust 2020, 13:08 ““Səhər” yeganə proqram idi ki, burada rüşvət deyənin nəinki əlini, dilini də kəsirdilər”  - MÜSAHİBƏ 14 Avqust 2020, 13:02 Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər - Nazirlik 14 Avqust 2020, 12:56 “Bandotdel”dən silah ƏMƏLİYYATI 14 Avqust 2020, 12:50 İcra nümayəndəsinin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 12:44 Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan olundu - SİYAHI 14 Avqust 2020, 12:38 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi 14 Avqust 2020, 12:32 Azərbaycanda 83 körpə ev şəraitində doğulub 14 Avqust 2020, 12:26 Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06