Modern.az

Ordumuzun peşəkarlığı yüksəlib - Sahibə Qafarova

Ordumuzun peşəkarlığı yüksəlib - Sahibə Qafarova

25 İyun 2020, 11:59

"Azərbaycan Silahlı Qüvvələri son illərdə böyük inkişaf yolu keçib. Həyata keçirilən islahatlar nəticəsində Ordumuzun maddi-texniki təchizatı gücləndirlib".

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

 

Spiker qeyd edib ki, ordumuzun döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib:

 

"Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Qarşısında duran istənilən vəzifəni icra etməyə hazırdır. Biz 2016-cı ilin şanlı Aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı qürur duyur. 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin bütün şəxsi heyətini, xalqımızı təbrik edirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir