Modern.az

5G vasitəsi ilə insanları idarə etmək olacaq? - Çiplər təhlükə yaratmır

5G vasitəsi ilə insanları idarə etmək olacaq? - Çiplər təhlükə yaratmır

Ölkə

27 İyun 2020, 12:37

Son zamanlar insanları koronavirusun yaratdığı fəsadlarla bərabər  5G ilə idarə olunma düşüncəsi də təşvişə salır. Belə ki, bir qrup şəxsin iddiasına görə 5G texnologiyası və bədənə çip yerləşdirməklə müəyyən müddət sonra insanları robot halında idarə etmək olacaq. Yəni 5G orqanizmi tamamilə ələ almaq gücündə olan bir sistemdir.

 

Maraqlıdır, doğurdan da 5G və çiplərlə insanları idarə etmək olar? Ümumiyyətlə 5G texnologiyası özündə nəyi ehtiva edir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan AMEA üzvü, İKT üzrə mütəxəssis Oqtay Ələkbərov 5G texnologiyasının artıq bir neçə ildir ki, tətbiq olunduğunu və Azərbaycanda da istifadə edildiyini bildirib:

 

“5G texnologiyası hələ 2014-cü ildən test rejimində istifadə olunmağa başlanılıb. Bu 6 il ərzində mövcud texnologiya müxtəlif mərhələlərlə sınaqdan keçirilib. Amma tətbiqin geniş formada istifadəsi 2019-cu ilin aprel ayında Cənubi Koreyada başlanılıb. Sonradan bu sıraya Çin, İsveçrə, ABŞ qoşuldu. Azərbaycanda Fvvarələr meydanında da 5G texnologiyası var və mobil operatorlarn da bir neçəsi yaxın zamanlarda bu texnologiyanı tətbiq edəcək. Amma 5G texnologiyasının tətbiq olunduğu gündən bu yana insanlarda çip yerləşdirilməsi bağlı hər hansı müzakirə getmirdi. Sadəcə pandemiya dövründə bir qrup şəxs heç bir araşdırma aparmadan bu məsələni ortalığa atdı və bu da insanlarda çaşqınlıq yaratdı. Amma indiyədək 5 G-nin insanların sağlamlığına ziyanı rəsmi formada öz əksini tapmayıb. Çünki 5G tezliyi normal 6GGHER formada istifadə olunur ki, bu da insanların sağlamlığına hər hansı formada təsir etmir. 5G ilə çipləşdirməni əlaqələndirən insanlara demək istərdim ki, ümumiyyətlə nəyisə çipləşdirmək üçün təkcə 5G texnologiyasına ehtiyac yoxdur. Bundan başqa 5G-nin koronavirusu yayması barədəməlumata gəlincə sadə araşdırma aparsaq görərik ki, bu texnologiyanın ümumiyyətlə istifadə olunmadığı İranda yoluxma sayı necə çoxdur. Amma Koreayada 5G geniş istifadə olunsa da xəstəlik orda çox yayılmayıb. Yəni bu kimi faktorlar kifayət edir ki, deyək ki, 5G-nin virusa heç bir bağlılığı yoxdur”.

 

Mütəxəssis deyir ki, çiplərin bədənə yerləşdirilməsi ilə insanların idarə olunması haqda fikirlər tamamilə absurddur:

 

“İnsanların bədəninə çip yerləşdirib onu 5G texnologiyası ilə  idarə etmək məsələsi isə artıq bir neçə müddətdir var. Lakin bəziləri elə anlayır ki, onların bədənlərinəçip yerləşdərsələr robota dönüşdürüləcəklər və idarə ediləcəklər. Lakin bu belə deyil. Çip vasitəsilə şəxsin sağlıq durumu haqqında daha tez və dəqiq məlumat almaq olacaq. Bundan başqa çipdə ilkin şəxsi məlumatlar- yəni hansı millətə mənsub olma, qan qrupu və.s öz əksini tapa bilər. Yəni hər hansı orqanın çiplə idarə olunmasından söhbət gedə bilməz. 5G-nin çipə bağlanmasının səbəbi odur ki, bu texnologiyadan istifadə zamanı 1kvkm-ə 1 milyon cihaz düşə bilər. Amma 4G-də bu rəqəmm 100 min təşkil edir. Yəni 5G-də daha çox inernet bağlantısı qurmaq olduğu üçün çipləşdirmənin də radiusunu çoxaltmaq olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir