Modern.az

Sabiq Baş nazir həbs olundu

Sabiq Baş nazir həbs olundu

Aktual

29 İyun 2020, 19:00

Fransanın sabiq Baş naziri Fransua Fiyon beş il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az-ın məlumatına görə, Baş nazir dövlət vəsaitini əsassız xərcləməkdə, o cümlədən deputat olarkən öz həyat yoldaşı Penelopa Fiyonu köməkçi olaraq saxta şəkildə işə götürməkdə təqsirli bilinib.

 

Sabiq nazirin cəzasının 3 ili şərti olaraq verilib. Eyni zamanda, P.Fiyon da 3 il müddətinə şərti azadlıqdan məhrum etmə və 375 min avro məbləğində cərimə ilə cəzalanıb.

 

Hər iki şəxs qərardan apellyasiya şikayəti verəcəyini deyib.

 

Qeyd edək, Fransua Fiyon Nikolya Sarkozinin hökumətində 2007-2012-ci illərdə Fransanın Baş naziri olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır