Modern.az

Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü

29 İyun 2020, 21:21

Türkiyədə son sutka ərzində daha 18 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 115 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 51 014 nəfərdən 1 374-nün cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  198 613  nəfərə çatıb. Müalicə olunan 1 214  xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  171 809  nəfər koronavirusdan müalicə olunub".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!