Arxiv
30 İyun 2020, 00:31 | ÖLKƏ
Həbs edilən icra başçılarının saxlanıldığı yer məlum oldu

Həbs edilən icra başçılarının əksəriyyəti Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanır. Həmin əməliyyatlar çərçivəsində saxlanmış şəxslərdən Kürdəxanıda olanlar da var.

Modern.az xəbər verir ki, bunu vəkil Anar Məmişov deyib.

Vəkil bildirib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən şəxslər, əsasən, 1 saylı İstintaq Təcridxanası (Kürdəxanı) və 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) saxlanırlar.

"Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də İstintaq Təcridxanaları var. Bu iki qurum saxlanan şəxslərin öz İstintaq Təcridxanalarında saxlaya bilirlər", - deyə, vəkil bildirib.

A.Məmişov Musavat.com-a açıqlamasında qeyd edib ki, təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra İstintaq Təcridxanasından həbsxanaya köçürülür.

Hazırda aylardır, istintaq altında olan 5 sabiq icra başçısı var. Onların bəziləri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığı üçün yenidən hakim qarşısına çıxarılıblar. İstintaq orqanının təqdimatına əsasən, onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Əldə etdiyimiz məlumata görə saxlanmış icra başçılarının bir neçəsinin müdafiəçisi tanınmış vəkillərdir.

Həmin vəkillər arasında Ceyhun Yusifov və Kamandar Nəsibov da var.

Hər iki vəkil bir neçə vəzifəli məmurun məhkəmə proseslərindən ictimaiyyətə tanışdırlar.

Lakin vəkillər bu barədə müdafiə etdikləri şəxslərin maraqlarına uyğun olaraq açıqlama vermək istəmirlər.

Xatırladaq ki, həbs edilmiş şəxslər İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala rayonu İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevdir.

Onların ittiham olunduqları maddələr vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığıdır.

Bu ittihamlarla həbs olunmuş məmurları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Tutulanların iş yerlərində və çoxsaylı villalarında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar olunaraq götürülüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryandan ETİRAFLAR: “Zəngəzuru yalnız Rusiyanın himayəsində olduğumuz üçün itirmədik” 28 Yanvar 2021, 10:05 Kəlbəcərin Alıbəyli kəndi - VİDEO 28 Yanvar 2021, 10:00 Ötən gün cinayət törədən 47 nəfər saxlanıldı 28 Yanvar 2021, 09:43 Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işləyəcək? 28 Yanvar 2021, 09:37 Qarabağ qazisindən rüşvət alan məmurun məhkəməsi başlayır 28 Yanvar 2021, 09:31 Neft ucuzlaşdı 28 Yanvar 2021, 09:26 Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil olunacaq 28 Yanvar 2021, 09:22 Yaponiyada güclü zəlzələ oldu 28 Yanvar 2021, 09:16 Mərkəzi bankın bugünə olan valyuta məzənnələri 28 Yanvar 2021, 09:10 Ərdoğan bu gün Türkiyə qoşunlarının Qarabağdakı fəaliyyətini müzakirə edəcək 28 Yanvar 2021, 09:06 Bakıda intihar edənlər niyə artıb? - Psixoloq CAVAB VERİR 28 Yanvar 2021, 09:00 Çində koronavirusla bağlı son vəziyyət 28 Yanvar 2021, 08:49 Yeni Zelandiyada zəlzələ olub 28 Yanvar 2021, 08:27 Keçmiş məhkumda narkotik tapıldı 28 Yanvar 2021, 08:23 Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49