Modern.az

Maska taxan və taxmayan dünya liderləri - FOTO

Maska taxan və taxmayan dünya liderləri - FOTO

Dünya

1 İyul 2020, 09:45

Maska və sosial distansiya bütün dünyada aktual olan koromnavirus tədbirləri sayılır. Dövlət başçıları da bu prosesə qoşularaq əhalini maska taxmağa çağırır. Buna baxmayaraq, bəzi ölkə liderləri maska taxmır, digərləri ilə yalnız publika önündə bunu edirlər.

 

Modern.az xəbər verir ki, ötən gün Almaniya kansleri Angela Merkel və Fransa lideri Emmanuel Makronun görüşü zamanı bu məsələ yenidən aktuallaşdı.

Belə ki, jurnalistlərdən biri Angela Merkelin heç zaman maska taxmamasını önə çəkdi.

“Əgər mən sosial distansiya saxlamaq imkanı əldə edirəmsə, maska taxmaq önəmli deyil. Amma maqazinə gedəndə siz məni maska taxmış görə bilərsiniz, çünki orada sosial məsafə saxlamaq olmur”- deyə Merkel jurnalistə cavab verib.

 

Emmanuel Makron isə Merkellə görüşdə sosial məsafə saxlasa da, mart ayından bəri maska taxır. O, ilk dəfə martın 25-də Maluz şəhərində tibbi hospitala gələn zaman maska taxmışdı. May ayında isə Parisin qərbindəki ibtidai məktəbə gələrək Fransa bayrağı təsivr olunmuş maska ilə gəlmişdi.

 

 

Slovakiya prezidenti Suzana Çaputova isə ölkəsində ən stilli şəxslərdən birinə çevrilib. Hökumətin iclaslarına və s. tədbirlərə zövqlü geyimdə qatılan Çaputova çox böyük reytinqə malikdir.

 

 

ABŞ-da isə maska taxmaq gigiyena qauydasından çox, siyasi mübarizə simvoluna çevrildi. Belə ki, Respublikaçılar partiyası uzun müddət maska taxmağın azadlıqlarını məhdudlaşdırdığı üçün onu taxmırdılar. Maska taxmayan prezident Donald Tramp ilə hər gün yeni maska taxan Nümayəndələr Palatasındakı sədri Nensi Pelosi arasındakı mübarizə isə ölkə mediasının maraqla izlədiyi “duel” idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub