Arxiv
1 İyul 2020, 11:26 | DÜNYA
BMT-nin Əhali Fondu: hər gün 33 min qız uşağı zorla ərə verilir

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb.


Modern.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə onları fiziki və mənəvi əziyyətlərlə üz-üzə qoyan zərərli təcrübələrin təsirinə məruz qalır. Daha çox dünyanın müxtəlif yerlərində mövcud olan adət-ənənələrdən qaynaqlanan bu zərərli təcrübələr sırasında qızların erkən yaşda ərə verilməsini, qadın sünnətini, gender-əsaslı cinsi ayrıseçkiliyi (oğlan uşaqlarına qızlara nisbətən daha çox dəyər verilməsi) və digər spesifik halları qeyd etmək olar.


“Qızlara qarşı tətbiq olunan bu cür zərərli təcrübələr onların həyatında uzunmüddətli və dərin travma izləri qoymaqla yanaşı, qızların öz potensiallarını realizə etmək hüququnu əllərindən almış olur”, deyə BMT-nin Əhali Fondunun icraçı direktoru Nataliya Kanem qeyd edir.


Hesabata əsasən, ilin sonunadək dünyada təqribən 4,1 mln. qızın qadın sünnəti adlanan əziyyətli və zərərli prosedura məruz qalacağı gözlənilir. Eyni zamanda, hər gün dünyada orta hesabla 33 000 yetkinlik yaşına çatmayan qız uşağı özündən böyük şəxslərə zorla ərə verilir. Sənəddə o da vurğulanır ki, bəzi ölkələrdə qız uşaqları ilə müqayisədə oğlan uşaqlarına daha çox üstünlüyün verilməsi təcrübəsi cinsi zəmində ayrıseçkilik fenomeninin güclənməsi və beləliklə 140 mln. “itirilmiş” qız övladlarının həyata gəlməkdən məhrum edilməsi ilə nəticələnib.


Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxmayaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür – bəzi ölkələrdə qadınların 15%-i 18 yaşına çatmazdan öncə ailə qurub, bəzi icmalarda isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib.  


Qız övladlarına nisbətdə oğlan övladlarına üstünlüyün verilməsi də Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğuşun cinslər arasındakı təbii nisbətinin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur.  


“Bütün bu zərərli təcrübələrin kökündə bir amil dayanır: bu da qadınlara və qızlara cəmiyyətdə daha az dəyər verilməsidir”, deyə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj qeyd edir. “Buna baxmayaraq, hamımız – hökumətlər, vətəndaş cəmiyyəti, rəy öndərləri və influyenserlər – birlikdə işləyərək qızların insan hüquqlarını əlindən alan bu zərərli təcrübələri keçmişə qovuşdura bilərik.” 


Hesabatda dünyanı əhatə edən COVID-19 pandemiyasının sözügedən zərərli təcrübələrin daha da geniş yayılmasına şərait yaratdığı da vurğulanır. Belə ki, pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyulan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir.   


“Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qadınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq”, deyə Alanna Armitaj bildirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar... 13 Avqust 2020, 10:41 Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı 13 Avqust 2020, 10:36 TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09