Arxiv
1 İyul 2020, 18:31 | AKTUAL
Könüllü qəhrəmanların növbəti görüşü baş tutub

İyulun 1-də ölkənin dörd bir yanından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan 300-ə yaxın könüllünün, AKƏM katibliyi, könüllü təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə video formatında növbəti onlayn konfrans keçirilib.

“Könüllü Qəhrəmanların İyun Görüşü” adı altında keçirilən video-konfransda iyun ayı ərzində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərlə bağlı məlumatlar bölüşülüb, növbəti aylar üçün nəzərdə tutulan işlər və təklif olunan fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb.

 

Görüşdə bildirilib ki, iyun ayı ərzində də AKƏM-in fəaliyyəti çərçivəsində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə dəstək xarakterli bir sıra layihələr və aksiyalar həyata keçirilmişdir. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq, respublikanın şəhər və rayonlarında, o cümlədən, paytaxt Bakı şəhərində “Bir-birimizi qoruyaq!” aksiyası keçirilmiş və aksiya çərçivəsində ümumilikdə 552 nəfər könüllünün iştirakı ilə 400 mindən artıq vətəndaş maarifləndirilmiş və onlara tibbi maska, əlcək, qoruyucu ləvazimatlar və 200 mindən çox maarifləndirici bukletlər paylanılmışdır.

 

Könüllülər vətəndaşların maarifləndirilməsinə kreativ yanaşaraq, əhalinin çox olduğu məkanlarda vətəndaşlarla koronavirus və onunla mübarizə mövzusunda sorğu-viktorina keçiriblər.

Həmçinin, ümumilikdə 427 könüllülünün iştirak etdiyi “Maskadan istifadə et” və “Sosial məsafə gözlə” adlı aksiyalar zamanı, respublikamızın şəhər və rayonlarında, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə aparılması və bukletlərin paylanması yolu ilə sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verilib.

Bu aksiya çərçivəsində 102500-dən çox vətəndaşa maarrifləndirici məlumatlar çatdırılıb.

Bundan əlavə, könüllülərin pandemiya dövründəki asudə vaxtının səmərəli təşkili və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən "Evrika" intellektual oyun-müsabiqə da təşkil edilib. 10 gün müddətində GencApp mobil tətbiqi üzərindən həyata keçirilən müsabiqədə, könüllülərə hər gün müxtəlif suallar ünvanlanıb və qalib könüllülər mükafatlandırılıb.

 

Pandemiya ilə mübarizədə ölkəmizi sağlam gələcəyə qovuşdurmaq üçün misilsiz fədakarlıq göstərənlər arasında ilk sırada tibb işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər, hərbçilər və digər peşə sahibləri dayanır. Azərbaycan könüllüləri bu çətin günlərdə gecə- gündüz bilmədən vətəndaşlarımızın sağlamlığının və ictimai asayişin keşiyində duranlara təşəkkürlərini bildirmək məqsədilə iyun ayında "Könüllüdən təşəkkür məktubu" adlı aksiya da həyata keçirib.

 

İyun ayının təqvimində şanlı izlər buraxan tarixi hadisələr də yaddan çıxarılmamış, karantin rejimi nəzərə alınaraq, bu günlərə həsr edilmiş konfrans və tədbirlər onlayn formatda keçirilmişdir. Milli Qurtuluş Günü münasibətilə təşkil edilən “Şərəfli tariximiz” adlı onlayn tədbirdə müxtəlif təşkilatları təmsil edən könüllülər tərəfindən Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi, ölkənin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürərək, həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti ilə hazırda qazanılan uğurların əsasını qoyduğu diqqətə çatdırılıb.

Onlayn tədbir 7000-dən çox gənc tərəfindən izlənilərək, uğurla yekunlaşmışdır. Görüşün sonunda iyun ayı ərzində xüsusi fəallığı ilə seçilən 30 könüllü “Ayın könüllüsü” adına layiq görülüb və mükafatlandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimai yerlərdə 5 nəfərdən artıq toplaşma qadağandırOperativ Qərargah 3 Avqust 2020, 16:41 Prezidentin köməkçisi Qarabağın azərbaycanlı icması ilə görüşüb 3 Avqust 2020, 16:34 Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR 3 Avqust 2020, 16:26 13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09