Modern.az

Ermənistandan Qarabağa gedən əsas yol 4 aylıq BAĞLANDI

Ermənistandan Qarabağa gedən əsas yol 4 aylıq BAĞLANDI

Qarabağ

1 İyul 2020, 21:14

Ermənistandan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarına çəkilən əsas yol - Gorus-Xankəndi yolu bağlanıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yol yaxın 3-4 ay ərzində bağlı qalacaq. Buna səbəb Gorus-Xankəndi yolunun uzun illər təmir olunmamasıdır.

 

İşlərin oktyabr ayında yekunlaşması gözlənilir. Bu müddətdə Qarabağa gələn ermənilər Vardenis-Ağdərə yolundan alternativ kimi istifadə edə biləcəklər.

Xatırladaq ki, Gorus-Xankəndi yolu 1996-cı ildə ermıni diasporunun topladığı 10 milyon dollar vəsait hesabına çəkilib. Yol Gorusla Xankəndini birləşdirir və işğal olunmuş torpaqlara Ermənistandan gələn əsas yol hesab olunur.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu