Modern.az

Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI

Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI

Aktual

2 İyul 2020, 08:47

“2003-2017-ci illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, əllərdə qanunsuz saxlanılan 16 minə yaxın odlu silah yığılmış və onun tətbiqilə törədilən cinayətlərin sayı 1,3 dəfə azalmışdır”.

Modern.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.


Nazirin sözlərinə görə, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunmuş, axtarışda olan 55 mindən artıq təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 11 tona yaxın narkotik vasitə çıxarılmışdır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər Avropa dövlətləri ilə müqayisədə xeyli azdır.

“Davos Forumunun son hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə indikatoru üzrə 141 ölkə arasında 18-ci, polis orqanlarına əhalinin etibarı göstəricisinə görə 30-cu yerə yüksəlib.

Göründüyü kimi, respublikanin hüquq mühafizə və xüsusi xidmət orqanlarının səylərinin vahid məqsəd üzərində cəmləşməsi sayəsində, cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli nəticələr əldə edilir, bütün kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunur. Hədəfimiz əldə olunmuş nəticələri daha da yaxşılaşdırmaqdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir