Modern.az

Ərdoğana Aya Sofyanı məscid etmək ixtiyarı verildi

Ərdoğana Aya Sofyanı məscid etmək ixtiyarı verildi

2 İyul 2020, 17:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar verərək  Müqəddəs Sofiya kilsəsini (Aya Sofya) məscidə çevirə bilər.

 

Modern.az xarici KİV-ə əsasən xəbər verir ki, müvafiq  qərarı Türkiyənin Ali məhkəməsi verib.

 

Bildirilir ki, Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürkün kilsəyə 1934-cü ildə muzey statusu verilməsi haqqında qərarı qüvvədə qalır, lakin dövlətin hazırki başçısı statusun saxlanılması və ya dəyişdirilməsi hüququna malikdir.

 

Həmçinin kilsənin gələcəyi məsələsi Türkiyənin Dövlət Şurasının iclasında da müzakirə olunub. CNN telekanalıının məlumatına əsasən, dinləmələr 15 dəqiqə sürüb. DŞ rəsmi qərarını 15 gün ərzində elan edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu