Arxiv
2 İyul 2020, 17:25 | AKTUAL
Gəncədə karantin rejimi ilə əlaqədar reyd keçirilib - FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 9 şəhər və rayonunda, o cümlədən Gəncədə sərtlərşdirilmiş karantin rejimi tədbiq olunur. Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırılar nəzərə alınaraq, Gəncədə bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib. 

 

Modern.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun iştirakı ilə növbəti reyd baş tutub. Niyazi Bayramov və Əkbər İsmayılov şəhərdə fəaliyyət göstərən iri market və mağazalara baş çəkib, qeyd olunan məkanlarda sərtləşdirilmiş karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar. Şəhər rəhbərliyi apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə maraqlanıb. 

 

Reyd zamanı bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də söhbət aparılıb və tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb. Bununla yanaşı polis tərəfindən sakinlərin çölə çıxmaq üçün müvafiq icazələri yoxlanılıb, ayrılan 2 saatlıq vaxtdan sui-istifadə etməmək tövsiyyə olunub.  Sərtləşdirilmiş karantin rejiminin qaydalarına uyğun olmayaraq, icazəsiz çölə çıxan şəxslər barəsində isə müvafiq qaydada tədbir görülüb.

 

Niyazi Bayramov  Əkbər İsmayılovla birlikdə iş başında olan polis əməkdaşları ilə də görüşüb. Şəhər rəhbəri fürsətdən istifadə edərək, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovu və şəhərdə xidmət edən polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar azulayıb.

 

Gəncədə reyd və maarifləndirmə işləri ilə yanaşı tibbi-profilaktiki tədbirlər də davam etdirlir. Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində həyata keçirilən dezinfeksiya işlərinin həcmi genişləndirilib. Əsas küçə və prospektlər su çiləyici avtomobillər vasitəsilə xüsusi kimyəvi məhlulla mütəmadi yuyulurlar. Səkilərdə, park və meydanlarda, çoxmənzilli yaşayış binalarının həyətlərində, habelə obyektlərin qarşısında tibbi-profilaktiki işlər görülür. 

 

Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən reyd və maarifləndirmə tədbirləri axşam saatlarında da həyata keçirilir. Belə ki, ötən gün axşam saatlarında Koronavirusa Qarşı Mübarizə Qərargahı və Gəncə Baş Polis İdarəsinin səlahiyyətli şəxslərinin iştirakı ilə 3 istiqamətdə reyd reallaşıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis-polkovniki Oktay Süleymanlı şəhərin müxtəlif ərazilərində olub, sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Reydlər əsasən şəhərin mərkəzi küçələri, çoxmənzilli binaların həyətləri və parklarda aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36